Azərbaycanlı aktyorun ailəsində faciə:

Tanınmış aktyor İslam Mehrəliyevin baldızı Fatma Nağıyeva həkim səhlənkarlığının qurbanı olub. Belə ki, iki gün əvvəl əməliyyata girən Fatmanın ciyərləri imtina edib.
Milli.az xəbər verir ki, yaxınları onu riskli əməliyyatdan uzaqlaşdırmağa çalışsalar da, o, deyilənlərə məhəl qoymayıb.
İddia edilir ki, aktyorun baldızının ölümünə səbəb həkimlərin əməliyyatı düzgün aparmaması olub.
Qeyd edək ki, 35 yaşlı Fatma uzun illərdir Musiqili Teatrın geyim sexində çalışırdı. O, bütün kollektivin rəğbət və hörmətini qazanmışdı.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26