Interposta.Info

Direktordan gənc aktyorun ittihamına —

Maqazin
 16-01-2017, 14:04     666

Direktordan gənc aktyorun ittihamına —
Aparıcı-aktyor İslam Mehrəliyev Dövlət Musiqi Teatrını ittiham edib.

interposta.info-ın məlumatına görə, aktyor bildirib ki, bir neçə dəfə Dövlət Musiqili Teatrında işləmək üçün müraciət etsə də, hər dəfə aldadılıb:

"Həmişə teatrda işləməyi arzulamışam, amma qismət olmayıb. Dörd dəfə Musiqili Teatra müraciət etmişəm. Hətta bir xalq artistimiz də dəvət etdi ki, gəl. Getdim, ssenarini verdilər, oxudum, hazırlaşdım, amma gələndə dedilər ki, get, sabah gəl. Beləliklə, bir neçə dəfə get-gəl oldu. Axırıncı dəfə dedilər ki, get, bayramdan sonra gəl. Hətta elə olub ki, çağırıblar, yolda zəng vurublar ki, qayıt, lazım olmadı".

Sözügedən teatrın direktoru Əliqismət Lalayev Ölkə.Az-a açıqlamasında gənc aktyorun ittihamlarıyla bağlı bunları deyib:

"Hazırda Təbrizdə festivaldayıq, bir az başım qarışıqdır. Amma deyə bilərəm ki, elə bir aktyorun şəxsən mənə müraciətini xatırlamıram".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26