Interposta.Info

Marketə edilən basqın anbaan kameralara düşdü -

Ölkə
 19-05-2017, 16:05     548

Lənkəran şəhərində marketə basqın olub.

ARB TV xəbər verir ki, hadisə şəhərin Mirzə Məhəmmədhüseyn Axund küçəsində, 5 saylı tam orta məktəbin qarşısında günorta saatlarında baş verib.

Mağaza sahibinin bildirdiyinə görə, hadisə təhlükəsizlik kamerasına da qeyd olunub.

Belə ki, dünən səhər saatlarında Qəzənfər Məhərrəmova məxsus gündəlik tələbat malları satılan marketə daxil olan şəxs satıcıdan siqaret istəyib. Məhəllə sakini olan, əvvəllər məhkumluq həyatı yaşayan Nicat adlı şəxs isə kassaya yaxınlaşaraq özü ilə gətirdiyi bıçaqla kassada oturan işçini təhdid edib və ona təzyiq göstərib. Sonra kassada olan 550 manat məbləğində pulu götürərək oradan uzaqlaşıb.

Satıcı: "Gəlib içəri girdi. Siqaret soruşdu, dedim yoxdur. Bıçaqla üstümə gəldi. 550 manat götürüb apardı".

Hadisə ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsinin növbətçi hissəsinə məlumat verilib.

Yaradılan əməliyyat-istintaq qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində marketə basqın edən şəxs saxlanılıb.

interposta.info bildirir ki, faktla bağlı araşdırma aparılır.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26