Interposta.Info

Azərbaycanda marketə hücum: 1 ölü, 4 yaralı - Təfərrüat

Ölkə
 5-01-2018, 11:19     10 471

2018.01.04, 23:45

Goranboy rayonunda bir nəfərin ölümü, 4 nəfərin bıçaqlanmsı ilə nəticələnən kütləvi davanın səbəbi məlum olub.

Report-un məlumatına görə, rayonun Dəliməmmədli şəhərində yerləşən "Kral" marketə bir qrup şəxs hücum edib. Bu zaman marketin əməkdaşları ilə hücum edən şəxslər arasında mübahisə yaranıb. Mübahisə zamanı marketə hücum edən şəxslər oradakı əməkdaşlardan 5 nəfərini bıçaqlayıblar. Bıçaqlanan şəxslərdən biri - Dəliməmmədli şəhər sakini, 1996-cı il təvəllüdlü Zülfüqar Əbili oğlu Cəbrayılov Abbas Səhhət adına Xəstəxanaya aparılarkən yolda ölüb. Ağır bıçaq yarası alan digər 4 nəfər - 1995-ci il təvəllüdlü Hətami Anar Azad oğlu, 1993-cu il il Nicat Əliyev, 1995-ci il təvəllüdlü Zeynalabdin Həsənov və 1993-cü il təvəllüdlü Fəxrəddin Məmmədov Gəncə şəhərindəki xəstəxanalara yerləşdiriliblər.

Məlumata görə, hadisə marketə hücum edən şəxslərdən birinin orada işləyən qadına əxlaqsız təklif etməsi üstündə baş verib.

İlkin məlumata görə, hadisəni Goranboy rayon sakini, 1995-ci il təvəllüdlü Rəvan Şəfran oğlu İsmayılov bir neçə nəfərlə əlbir olaraq törədib.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 29,120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26