Interposta.Info

“Bermud üçbucağı”nda daha bir sirr:

Ölkə
 17-05-2017, 11:56     493

MU-2B markalı kiçik təyyarə 4 sərnişini ilə birgə Florida ştatı istiqamətində uçarkən radarlardan itib.

Axar.az “Röyter”ə istinadla xəbər verir ki, sərnişinlərdən ikisi 4 və 10 yaşlı uşaqdır.

Təyyarə Puerto-Rikodan havaya qalxıb və yerli vaxtla səhər 11 radələrində onunla əlaqə kəsilib. Bu zaman təyyarə Baham adaları üzərində, 7 min metr hündürlükdə olub.

Qeyd edək ki, ərazi “Bermud üçbucağı”na (Atlantik okeanda Bermud adaları-Florida və Puerto-Riko arası) düşür. “Bermud üçbucağı” anomal hadisələr, gəmilərin və təyyarələrin sirli şəkildə yoxa çıxması ilə məşhurdur.

Sahil Mühafizə Xidməti təyyarənin axtarışına başlayıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26