Interposta.Info

“Mixaylo"nun öz xətti ilə yazdığı şeir-

Ölkə
 17-05-2017, 07:33     1 624

Fəlsəfə doktoru Zaur Əliyevə istinadən əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin öz xətti ilə yazdığı şeirin foto-surətini təqdim edir.

Qeyd edək ki, Sovet İttifaqı Qəhrəmanı, partizan Mehdi Hüseynzadə fədakar döyüşçü olmaqla yanaşı, şeir yazmaq və rəsm çəkmək qabiliyyətinə malik olub. O, Azərbaycan Dövlət Rəssamlıq Məktəbi, (indiki Rəssamlıq Akademiyasını), Leninqrad Xarici Dillər İnstitutu və Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb.
Bir neçə dildə sərbəst danışmaq bacarığı partizan, kəşfiyyatçı kimi uğur qazanmasında böyük rol oynayıb.

Sabahın yelləri alaydı məni
Aşıb bəyaz qarlı hündür dağları
Vətən torpağına salaydı məni
Sabahın yelləri alaydı məni.

Əzizim ellər ayrısı,
Bülbüləm güllər ayrısı,
Bir günümə dözməzdim, yar
Olmuşam illər ayrısı.


interposta.info
“Mixaylo"nun öz xətti ilə yazdığı şeir-
Mənbə: moderator.az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26