Dünyanın ən kök qadını 378 kq arıqladı - FOTOLAR

Dünyanın ən çəkili qadını olan Mayra Rosales inanılmaz bir əzmlə 378 kilo arıqlayıb və görənləri təəccübləndirib.
Moderator.az xəbər verir ki, ABŞ-ın Texas ştatında yaşayan Mayra getdikcə artan çəkisi ilə 2009-cu ildə, dünyanın ən çəkili qadını adını alıb.
Tam olaraq 467 kq olan qadın hətta yatağından belə dura bilməyib. Həkimlər tərəfindən ölümün pəncəsində görülən Rosales həyatını dəyişdirməyə qərar verib.
Rosales, uyğun bir pəhriz proqramı və idmanla 89 kiloya düşüb. Sağlam yaşamağa və kilo verməyə başladığından bəri 378 kilo verən qadın bir çox insan üçün ümid mənbəyi olub.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26