Interposta.Info

Dünyanın ən ağır qadını əməliyyat edildi,

Ölkə
 11-03-2017, 07:26     663

Dünyanın ən ağır qadını əməliyyat edildi,

Misirli İman Əhməd Abdulati Hindistanın Mumbay şəhərində mədənin həcminin azaldılması üzrə əməliyyat edilib.
Bu haqda “Saifee Hospital” xəstəxananın həkimlərinə istinadən “Hindustan News” nəşri bildirib.
Səhhətindəki problemlərə görə çəkisi təxminən 500 kiloqrama çatan 36 yaşlı qadın dünyada ən ağır şəxs hesab olunurdu. Fevral ayında bildirilmişdi ki, “Egypt Air” aviaşirkəti Abdulatini Misirdən yük təyyarəsi Hindistana gətirib. Həkimlərin sözlərinə görə, martın 7-də keçirilən əməliyyat nəticəsində qadının mədəsinin ölçüsü 15 faiz azaldılıb. Həkimlər həmçinin piyin böyük hissəsini götürüblər.
“O, artıq proteinlər və maye pəhrizin köməyi ilə təxminən 100 kiloqram itirib. Ümid edirik ki, o, 6-8 ay ərzində daha 100 kiloqram itirəcək”, - misirlini müalicə edən həkimlərindən biri deyib./publika.az
Nəşr qeyd edir ki, Abdulati onlayn-kampaniya vasitəsilə yığılmış pulla İskəndəriyyəyə qayıdacaq.

interposta.info
Dünyanın ən ağır qadını əməliyyat edildi,
Dünyanın ən ağır qadını əməliyyat edildi,
Dünyanın ən ağır qadını əməliyyat edildi,

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26