Interposta.Info

İranda böyük əməliyyat:

Dünya
 25-07-2017, 16:17     10 298

İran polisi paytaxt Tehranda narkotik tacirlərinə qarşı genişmiqyaslı iki əməliyyat keçirib.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Tehran polisinin komandanı Hüseyn Sacediniya söyləyib.

“1 sutka ərzində keçirilən hər iki əməliyyatda həmkarlarımız 700-dən çox narkotik satıcısını yaxalayıb. Tutulanlardan 86-sı narkotik alış-verişi ilə yanaşı, həm də xalqın namusuna sataşan dələduzlar olublar. Narkomanların ən çox toplaşdığı Tehranın 140 məntəqəsində keçirilən hər iki əməliyyatda tutulanlardan 130 kiloqram həcmində müxtəlif növ narkotik maddə aşkarlanaraq götürülüb”, – o bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26