Interposta.Info

Buşun ayaqlarına vurulduğu xanım

Ölkə
 9-05-2017, 22:48     644

Corc Buş dövründə ABŞ-ın Dövət katibi olmuş Kondaliza Rays prezident Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə danışıqlarda əsas “kozırı”nı açıqlayıb.

Rays ABŞ-ın Şərqi Avropadakı müttəfiqlərini müdafiə etməli olduğunu düşünür və qeyd edir ki, Amerika ordusunun gücü Trampın Putinlə danışıqlarında əsas “kozırı” olmalıdır.

“Fox News” telekanalına danışan Rays bildirib ki, ABŞ ordusunun gücü dünyada təmkinliyin saxlanılmasının zəmanətidir.

“Tramp bunu Putinə çatdırmalıdır və hesab edirəm ki, o, bundan çəkinməyəcək. Putinə başa salmaq lazımdır ki, “soyuq müharibə” başa çatıb və biz Şərqi Avropadakı müttəfiqlərimizi qoruyacağıq”, - deyə o bildirib.

Qeyd edək ki, oğul Buş dövründə ABŞ xarici siyasətinə rəhbərlik edən Kondaliza Rays öz güclü iradəsi ilə məşhurlaşmışdı. Bir çox məsələlərdə Corc Buşun birbaşa onunla məsləhətləşdiyi deyilirdi. Hətta Amerika mediası isə Buşla Raysın sevgili olduğunu yazırdı. Bəzi amerikalı jurnalist Buşun Raysın ayaqlarına vurulduğu haqda məlumatlar da yaymışdı. Lakin sonradan bu xəbərlərin heç biri təsdiqini tapmadı./Publika.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26