Interposta.Info

Dünyanın ən ağıllı insanı —

Ölkə
 9-05-2017, 11:15     832

İngiltərənin Çeşir vilayətində İQ testləri keçirilib.

interposta.info
"ölkə.az"-a istinadən xəbər verir ki, testin nəticələrinə əsasən dünyanın ən ağıllı insanı hind əsilli 12 yaşlı Rajguari Pavar olduğu açıqlanıb.

Keçirilən testlərdən 162 bal toplayan Pavar məşhur alim Houkinq və Albert Eynşteyndən də üstün olub. Qızın Mançester universitetində elmlə məşğul olan atası doktor Surajkumar Pavar nəticələrə aid deyib: "qızım belə bir nəticə əldə edən ən gənc insan oldu".

Rajguariyə yüksək İQ-ü olan insaların birləşdiyi İngiltərə Mensa Cəmiyyətinə üzvlülük təklif edilib. İQ testlərində dahilik sərhəddi 140 baldır. Bu rekordu Albert Eynşteyn və Stiven Houkinq 160 bal toplayaraq qırmışdı. Yeni rekordun sahibi isə 12 yaşlı hindli qız Rajguari olub. O, 162 xal toplayıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26