Interposta.Info

Şok:

Ölkə
 8-05-2017, 07:30     684

Azərbaycanda siyasi məhbuslarla bağlı yeni qalmaqal yayılıb. Vətəndaş cəmiyyətinin bəzi nümayəndələrinin beynəlxalq təşkilatlar üçün hazırladığı “siyasi məhbus” siyahısına bir il qabaq həbs edilmiş Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin də adını salınmasına hazırlıq getdiyi bildirilib.

interposta.info
xəbər verir ki, bununla bağlı Axar.az-a açıqlama verən BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı bildirib ki, yayılan xəbərin əsası var. O bildirib ki, ilk dəfə bu haqda 2016-cı ilin dekabr ayında açıqlama verib:

“İndiki məlumatda xəbər yayılıb ki, Cahangır Hacıyevin ailəsi bunun müqabilində bir milyon dollar vəsait xərcələmək niyyətindədir. Xatırlayırsınısa, sizin sayta 2016-cı ilin dekabrında QHT sədri kimi bu məsələ ilə bağlı açıqlama vermişdim. Həmin vaxtlar Cahangır Hacıyevin adının bu və ya digər məsələlərdə, Milli Şuranın üzvü olan, Əli Kərimlinin yaxın silahdaşı, QHT sədri Oqtay Gülalıyev aparırdı. Bütün günü sosial şəbəkədə və Əli Kərimlinin yaxın mətbuatında yazırdı ki, Cahangır Hacıyevin işini nəzarətə götürmüşük və araşdırma aparırlar, onun həbsində siyasi çalarların olduğunu araşdıracaqlar və bununla bağlı beynəlxalq təşkilatlara hesabatlar verəcəklər. Oqtay Gülalıyevin dekabr ayında Cahangır Hacıyevlə bağlı yaydığı informasiyaları və sosial şəbəkədəki statuslarını oxuya bilərsiniz”.

N.Orduxanlı bildirib ki, Cahangır Hacıyevin Azərbaycan xalqının milyardlarını mənimsədiyi faktlarla məhkəmədə sübut olunub:

“Bu həbsdə hansı “siyasi yönüm” axtarmaq olar?! Əli Kərimli və Oqtay Gülalıyev üçün əsas milyon dolların əldə edilməsidir. Pulun kimin verməsinin heç bir əsası yoxdur! Bu fakt sübut edir ki, Əli Kərimli siyasi mühacir alveri kimi, siyasi məhbus alverindən də yaxşı qazanc əldə edir”.

Niyaməddin Orduxanlının sözlərinə görə, Əli Kərimli Oqtay Gülalayevi önə verməklə, Cahangir Hacıyevi özlərinin hazırladığı siyasi məhbus siyahısına əlavə etmək istəyir:

“Onu da xatırladım ki, ilk dəfə bu xəbər yayılanda Xədicə İsmayılın fakta etiraz etdiyi bildirilirdi. Oqtay Gülalayev “Cahangir Hacıyevin işini nəzarətə götürmüşük” deyəndə, Xədicə İsmayıl kəskin etiraz etmişdi. Görünür, Əli Kərimli artıq Xədicə İsmayılı da razı salıb. Daha etiraz etmir”.

Qeyd edək ki, mayın 6-da Cahangir Hacıyevin adını “siyasi məhbus” siyahısına saldırmaq üçün hüquq müdafiəçisi Fuad Hüseynova istinadla Musavat.com xəbər yaynışdı. Xəbərdə bildirilirdi ki, hüquq müdafiəçilərindən birinə C.Hacıyevin yaxınları bu niyyətlə bir milyon mant pul təklif edib. “Həmin hüquq müdafiəçisi razı olub və məsələnin həll edilməsi üçün çalışırmış”, - F.Hüseynov qeyd etmişdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26