Interposta.Info

Cahangir Əsgərovun işdən çıxarılması xəbəri yayıldı -

Ölkə
 23-02-2017, 19:21     783

Cahangir Əsgərovun işdən çıxarılması xəbəri yayıldı -

"Yayılan bu xəbərlərə şərh vermək, bu barədə danışmaq istəmirəm".

Qaynarinfo.Az xəbər verir ki, bu sözləri Azərbaycan Hava Yolları şirkətinin mətbuat katibi Paşa Kəsəmənski şirkətin prezidenti Cahangir Əsgərovun vəzifədən çıxarılması ilə bağlı yayılan xəbərlər haqda axar.az-a danışarkən deyib.

O, məsələ ilə bağlı geniş açıqlama verməyəcəyini bildirib: “Bu məsələ haqda ətraflı açıqlama verməyəcəyəm. Kim bu haqda yazırsa, qoy onlar da açıqlama versin”.

Qeyd edək ki, ötən gün axşam saatlarından başlayaraq, sosial şəbəkələrdə Azərbaycan Hava Yolları şirkətinin sədri Cahangir Əsgərovun vəzifədən çıxarılması haqda xəbərlər paylaşılır.

Xatırladaq ki, Azərbaycan Hava Yolları (AZAL) qapalı səhmdar cəmiyyətdir və onun sədrini Azərbaycan Prezidenti təyin və ya vəzifədən azad edir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26