Interposta.Info

Məşhur serial dollar və avronu çökdürdü

Ölkə
 4-05-2017, 17:51     484

Dünyada milyonlarla insanın izlədiyi "Taxt oyunları" ("Game of Thrones") serialının bir hissəsinin çəkildiyi İslandiya turist axını ilə üzləşib.

Qaynarinfo.az xəbər verir ki, çoxsaylı turistin İslandiyaya gəlişi beynəlxalq iqtisadi böhrandan sonra ölkənin maliyyə vəziyyətinin yaxşılaşmasına səbəb olub.

Turistlərin sayı ötən il ilə müqayisədə 30% artıb. Bu isə ölkənin milli valyutası olan kronun avro və dollar qarşısında dəyər qazanaraq öz yerini möhkəmləndirməsinə səbə olub. Kron son bir ildə dollara nisbətən 15, avroya nisbətən 21 faiz bahalaşıb.

Həmçinin, istehsal və ixracat da artıb. Adanın iqtisadiyyatı ötən illərlə müqayisədə xeyli inkişaf edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26