Interposta.Info

Azərbaycan xalqı ayağa qalxmalıdır –

Ölkə
 2-05-2017, 15:26     928

Avropa Şurasının Türkiyə əleyhinə qəbul etdiyi qərəzli qərarla bağlı bəyanat verməliyik.

interposta.info
Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Azərbaycanın xalq artisti, millət vəkili Zeynəb Xanlarova Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı təklif edib.

"Türkün qolu bükülməz/ Türkün gücü tükənməz/ Bir kərə qalxan bayraq/ Bir daha enməz, enməz... Mən bütün mahnılarımda bu sözləri sevə-sevə söyləmişəm. Avropanın Türkiyəyə qarşı qərəzli qərarlar qəbul etməsi bir azərbaycanlı kimi bizi də narahat edir. Türkiyəyə qarşı belə bir hərəkət tək məni yox, bütün Azərbaycan xalqını qəzəbləndirir. Çox xahiş edirəm, Oqtay müəllim, bizim parlament adından etirazımızı bildirək! Bu gün Türkiyənin yanında olmalıyıq. Bütün Azərbaycan xalqı ayağa qalxmalıdır, nəinki parlament üzvləri! Mən təklif edirəm ki, Milli Məclis olaraq bu məsələyə etiraz bəyanatı yayaq. Sabah eyni problemlə biz də üzləşə bilərik və bu zaman Türkiyəyə ehtiyacımız olacaq. Sabah bizə nəsə olsa, birinci Türkiyə müdafiəmizə qalxacaq”, - xalq artisti deyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26