Interposta.Info

Azərbaycan parlamenti Türkiyənin müdafiəsinə qalxdı:

Ölkə
 2-05-2017, 14:24     401

"Onlar güclü Türkiyəni görmək istəmirlər, Türkiyənin yanındayıq!”
Milli Məclisin növbəti plenar iclası spiker Oqtay Əsədovun sədrliyi ilə öz işinə başlayıb. Spiker əvvəlcə Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında Türkiyəyə qarşı ədalətsiz monitorinq qərarı qəbul etdiyini dedi. Bundan sonra çıxış edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu barədə danışarkən dedi ki, Avropa Şurasının yaz sessiyası bütün başqa sessiyalardan fərqlənirdi: “Biz görürük ki, Avropada islamofobiya, irqçilik, radikalizm sözün əsl mənasında baş alıb gedir. Biz bunu hansısa konkret ölkələr içərisində, müxtəlif siyasi partiyaların bəyanatlıarında, telekanallarda görürük. Xüsusilə bu problem Avropada qaçqın və köçkünlərin sayı artdıqca müşahidə etməyə başlamışıq. Avropa Şurası Parlament Assambleyasında da Türkiyəyə, Azərbaycana münasibət başqadır. Yaz sessiyası bu münasibətlərin pik həddinə çatması ilə özünü göstərib. Bu sessiyada Türkiyədəki demokratik proseslə bağlı məruzə qəbulolunmazdır. Avropa Şurasında terrorçu təşkuilat kimi tanınan PKK belə terrorçu təşkilat kimi qeyd olunmur, yaxud Türkiyənin içərisində təşkil olunmuş referendum, yaxud Türkiyədəki dövlət çevrilişi mahiyyətinə uyğun təhlil olunmur”.

S.Seyidov xatırlatdı ki, 1949-cu ildə AŞ PA-nın yaradılmasında iştirak etmiş Türkiyə 13 ildən sonra monitorinqdən post-monitorinq dövrünə keçirilməsinə baxmayaraq, yaz sessiyasında yenidən Türkiyə ilə bağlı monitorinq qərarı verildi:
“Türkiyə nümayəndə heyətinin bütün üzvləri, iqtidarlı-müxalifətli hər kəs bu monitorinqin əleyhinə idi, amma Türkiyə nümayəndə heyətinin çıxışlarını nəzərə almadı və AŞ PA Türkiyə ilə bağlı yenidən monitorinq qərarı verdi”.

S.Seyidov bir müddət əvvəl Rusiyanın da AŞ PA-nın işinə qatılmaqdan imtina qərarı verdiyini xatırladaraq bildirid ki, Türkiyənin də analoji qərar verməsi AŞ PA-nın dərin bir böhran keçirdiyini təsdiqlədi. Nümayəndə heyətinin üzvü Vüsal Hüseynov Ermənistanda insan haqlarının pozulması, hətta bir nəfərin aclıq aksiyasında bir nəfərin öldüyü barədə verdiyi suala Avropa Şurası rəsmisinin cavabına baxın: “Ermənistanda bütün ölkələrdə olduğu kimi, hansısa problem ola biklər. Ancaq Azərbaycanda siz bilirsiniz, hansı hadisələr baş verir?”-deyə, qərəzli münasibət sərgilədi”. S.Seyidov dedi ki, AŞ PA-nın ikili standartlarına qarşı keçirilən etiraz aksiyasında iki bayraq dalğalanırdı-Azərbaycanıpn və Türkiyənin. Əlavə etdi ki, Azərbaycan nümayəndə heyəti Azərbaycanın mövqeyini ciddi müdafiə edib.

Deputat Azay Quliyev AŞ PA-nın qərarına qarşı çıxdı:
“Biz keçən ilin çevriliş cəhdi zamanı gördük ki, Avropa qurumları Türkiyəyə qarşı törədilən cinayətə qarşı adekvat addım atmadılar. 265 nəfər şəhid oldu, minlərlə adam yaralandı, parlament bombalandı, amma bu qədər rəzalətə Avropa Şurası, Avropa Parlamenti laqeyd yanaşdı. Əgər Türkiyənin yerinə məsələn, Fransa olsaydı, dövlət qurumlarına yeridilmiş FETÖ-çulara münasibətdə hansı qərar qubul edərdi? Yaxud Fransa fövqəladə vəziyyət rejimində yaşayanda ona qarşı hər hansı addım atılmır, amma Türkiyəyə qarşı belə bir qərəzli qərar verilir. 15 iyulda Türkiyəyə qarşı edilmiş uğursuz dövlət çevrilişi cəhdinin qisasını Türkiyədən alırlar. AŞ PA öz qərarına yenidən baxmalıdır”.

Deputat Qənirə Paşayeva da AŞ PA-nın qərarına etiraz etdi:
“Bu, bir daha göstərir ki, AŞ PA-da müsəlman ölklələrinə qarşı ikili standartlar mövcuddur. Avropa Şurasının üzvü olan Ermənistan illərdir Azərbaycanın torpaqlarını işğada saxlayır. Eyni zamanda Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqda saxlanılmasına görə AŞ PA Ermənistana heç bir təzyiq göstərmir. Türkiyəyə qarşı qərarda biz bu ikili standartların bir daha şahidi olduq”.

Deputat Zahid Orud dedi ki, AŞ PA-dakı qərar qardaş ölkənin müstəqil siyasətini əngəlləmək niyyətindən irəli gəlir:
“Avropa Şurası artıq başqa qüvvələrin əlində alətə çevrilib”.

Pedro Aqramunt Suriyaya getdiyinə görə cəzalandırıldı. Bəs, Dağlıq Qarabağa qanunsuz səfərlər edənlər niyə cəzalandırılmır? Strasburqun bir addımlığında PKK-nın mənzil qərargahı var, onklara televiziyada çıxış imkanı verilir. Deməli, Avropa qurumları bölücülüyü himayə edir”.

Deputat Qüdrət Həsənquliyev bu gün Türkiyənin haqsız hücumlara məruz qaldığını deyib AŞ PA-ya etiraz etdi:
“Təkcə Almaniyanın büdcəsi Türkiyənin büdcəsindən dəfələrlə çoxdur. Amma Türkiyə qapıların qaçqınların üzünə acid və onlara sahib çxıdı. Özü də İraqdakı, Suriyadakı o vəziyyəti Türkiyə yaratmayıb, Avropa yaradıb. Biz Milli Məclis olaraq Türkiyə ilə bağlı qəbul olunmuş qərarı pisləməliyik. Mən o fikirdə deyiləm ki, Türkiyədə hər şey qaydasındadır. Amma Türkiyə nümayəndə heyəti də vəziyyəti müzakirə etməyə hazır olduqlarını bəyan ediblər. Ancaq buna baxmayaraq, Türkiyəyə qarşı belə bir qərar qəbul olunub”.

Deputat Hikmət Məmmədov da AŞ PA-nın qərarına qarşı çıxdı:
“Türkiyə beynəlxalq qanunvericiliyi əldə əsas tutaraq özünün təhlükəsizliyi ilə bağlı tədbirləri həyata keçirib”.

Deputat Çingiz Qənizadə dedi ki, Türkiyəyə qaşı qəbul olunan qərar hüquq müdafiəçilərini də narahat edir:
“Bu, qeyri-obyektiv və subyektiv qərardır və biz ona “yox” deyirik. Belə bir qərar Türkiyədəki uğurlu islahatları gözü götürməyənlərin fəaliyyətinin nəticəsidir. Niderlandda insanlara qaşı törədilən zorakılıqlara qarş Avropa Şurası Türkiyəyə qarşı “ikinci cəbhə”ni açıb. Təbii ki, onlar güclü iqtisadiyyatı olan bir müsəlman dövlətini-güclü Türkiyəni görmək istəmirlər”.

Deputat Siyavuş Novruzov dedi ki, biz dəfələrlə Türkiyəyə qarşə ədalətsiz mövqeyin şahidi olmuşuq, bu da növbəti ədalətsizlikdir: “Hətta Türkiyə müxalifəti də demir ki, referendum fövqəladə vəziyyət rejimi altında keçirilib. Avropa Roma papasından artıq katolik olmaq istəyir. Seçkilərdə 76-80 fazi olur, deyirlər, “çoxdur, qeyri-demokratikdir”, az olur, yenə də başqa söz deyirlər. Krılovun məşhur təmsili xatırlanır, qurd quzuya deyir “suyu bulandırdın”. Ədalətli, demokratik səsvermə keçirilib, sən nə ədalət dərsi keçirsən? Avropada bir terror aktı baş verəndə qışqırıqları dünyanı başına götürür. Bir qəzet redaksiyasını partlatmışdılar, hələ bilinmir özləri partlatmışdı, ya başqası. Türkiyəyə qarşı bu qədər terror oldu, amma NATO öz prinsiplərinə sadiqlik nümayiş etdirib Türkiyəni müdafiə etmədi”.

Deputat Fəzail İbrahimlı dedi ki, Avropanın məqsədi Türkiyənin qəddini əyməkdir:
“Türkiyə əriməlidir, əyilməlidir, bunu istəyirlər. Nə vaxt ki, Türkiyəni bölmək, ondan nəsə qoparmaq istəyirər, “genosid” yada düşür. Bu qərar Avropanın sifətini aydın ifadə edir. Bu qərar Türkiyənin tükünü də dəbərdə bilməyəcək”.

Deputat Aydın Mirzəzadə də qərarı qərəzli, Avropa Şurasının öz prinsiplərinə zidd olduğunu, Türkiyəni Avropa evindən çıxartmağa xidmət etdiyini söylədi: “Azərbaycan bu məsələdə Türkiyənin yanındadır”./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26