Interposta.Info

Füzulidə Zərifə Əliyevanın 94-cü ildönümü anıldı

Ölkə
 29-04-2017, 13:56     615

Füzuli rayon Mədəniyyət evi Füzuli Rayon İcra Hakimiyyəti ilə birgə 28 aprel 2017-ci il tarixdə Horadiz şəhər Heydər Əliyev Mərkəzində Görkəmli Oftalmoloq Zərifə Əliyevanın anadan olmasının 94-cü il dönümü münasibəti ilə tədbir təşkil etmişlər.
Tədbir Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül qoymaqla başladı
Sonra Heydər Əliyev mərkəzinin foyesində MKS - nin hazirladığı kitab sərgi tədbir iştirakçılarının marağına səbəb olmuşdur.
Tədbirdə Füzuli rayon ictimaiyyəti də daxil olmağla 350 nəfər iştirak etmişdir,
Tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin Başçısı Cənab Alı Alıyev, Səhiyyə Şöbəsinin Baş Həkimi Natiq Əliyev və digər aktivlər çıxış etmişlər. Tədbirdə çıxış edənlər Görkəmli Oftalmoloq Zərifə Əliyevanın həyat yolunan, Respublikamız üçün gördüyü lazimi işlərdən söz açmışlar.
Sonra Zərifə Xanımın həyat yolunu əks etdirən video çarx nümayiş etdirilmişdir
Sonda Füzuli rayon Mədəniyyət evinin bədii özfəaliyyət kollektivi “Əziz Ana” adlı konsert proqramı ilə çıxış etdirilmişdir.

interposta.info
Füzulidə Zərifə Əliyevanın 94-cü ildönümü anıldı
Füzulidə Zərifə Əliyevanın 94-cü ildönümü anıldı
Füzulidə Zərifə Əliyevanın 94-cü ildönümü anıldı
Füzulidə Zərifə Əliyevanın 94-cü ildönümü anıldı

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26