Interposta.Info

Uşaqların Beynəlxalq müdafiə gününə həsr olunmuş konsert təşkil olundu

Müxtəlif
 2-06-2017, 03:38     799

Bu gün Füzuli rayon Horadiz şəhərində yerləşən Muğam mərkəzində Kürdəmir regional mədəniyyət və turizim idarəsinin Füzuli nümayəndəliyinin Füzuli rayon mədəniyyət evinin müdiri Elşad Cəfərovun dəstəyi və Füzuli rayon Aşağı Yağlivənd 7 illik uşaq musiqi məktəbinin müdiri Elmin İdrislinin təşkilatçılığı ilə “1 İyun Uşaqların Beynəlxalq müdafiə günü “nə həsr olunmuş “Uşaqlar gülsün deyə” konsert təşkil olndu.
Konsertdə Füzuli rayon Aşağı Yağlivənd uşaq musiqi məktəbinin müəllim və şagird kollektivinin ifaları dinlənildi. Tədbirdə ictimaiyyət nümayəndələri ilə yanaşı Aprel döyüşlərində şəhid düşmüş Orxan Həmidovun övladları,Qarabağ müharibəsində şəhid düşmüş Əli Cəfərovun övladı ,Lələ təpə istiqamətində gedən döyüşlərdə ağır yaralanmış Üzeyir Nəcəfov və övladları da iştirak edirdi. Füzuli rayon 39 saylı tam orta məktəbin X cu sinif şagird Sevinc Məmmədovanın təqdim etdiyi hədiyyə əvəz olunmazlığı ilə yadda qaldı . Belə ki, Sevinc Məmmədova minnətdarlığını bildirmək üçün tikmə sənəti ilə ərsəyə gətirdiyi Ulu öndər Heydər Əliyevin uşaqlara olan sevgisindən təsirlənərək ağ parçaya köçürdüyü Ulu öndərimiz Heydər Əliyevin portreti və”Mən fəxr edirəm ki, azərbaycanlıyam” əsərini “Aşağı Yağlivənd 7 illik uşaq musiqi məktəbinin müdiri Elmin İdrisliyə təqdim etdi. Tədbirdə Füzuli rayonunun müxtəlif sahələr üzrə müsabiqələrdə yer tutmuş uşaqların eləcə də Füzuli rayon Aşağı Yağlivənd uşaq musiqi məktəbinin şagirdlərinin müsabiqələrdəki uğurlarından hazırlanmış video çarxlar nümayiş etdirildi.Cəbhə ilə təmasda olmasına baxmayaraq ,köçkün uşaqlar ,keçirdikləri köçkünlük dönəmindən uzaqlaşaraq düşmən gülləsinin səsini öz gülüşü ilə batırmağa qadir olduğunu sübut edir. Hər evdə bir Orxan Həmidov,Elnur Əliyev,Səyyar Quliyev,Əlvan Hüseynov kimi igid oğullar yetişir. Hər uşaq gələcəyə inam və ümiddir. Gələcəyimizi qorumaq üçün uşaqlarımıza sevgi və qayğıyla yanaşın . Uşaqlar gülsün deyə hər tərəfdə sülh olsunn.
Uşaqların Beynəlxalq müdafiə gününə həsr olunmuş konsert təşkil olundu


Tədbirin qonağı olan gözdən əllilər üçün keçirilən Respublika muğam müsabiqəsinin laureatı Eltun Cəfərovun ifasında Qarabağ mahnısı dinlənildi.Sonda,Füzuli rayon Aşağı Yağlivənd 7 illik uşaq musiqi məktəbinin “Uşaqlar gülsün deyə” 1 iyun Uşaqların Beynəlxalq müdafiə gününə həsr olunmuş konsert proqramı musiqi məktəbinin 7 yaşlı ifaçısı Asif Yusiflinin ifasında Qarabağ şikəstəsi ilə sona çatdı.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26