Interposta.Info

Məktəblilərin ən çox şikayətləndiyi xəstəliklər -

Ölkə
 28-04-2017, 18:56     477

Əvvəlki illərlə müqayisədə bu gün məktəblilər arasında bir çox xəstəliklər artıb.

ARB 24-ün məlumatına görə, göz xəstəlikləri, həzm sistemi ilə bağlı olan bir çox problemlər, onurğa sütunu xəstəlikləri uşaqlar arasında çox rast gəlinir. Düzgün və vaxtında qidalanmamaq, gigiyena qayadalarına əməl etməmək sonda məktəblilərin bir çox xəstəliklərə yoluxmasına gətirib çıxarır.

Pediatr Gülnar Abdullayeva deyir ki, bu problemlərlə daha çox ibtidai sinifdə oxuyan uşaqlar qarşılaşır:

"Ən çox qarşılanılan xəstəliklər virus infeksiyalarıdır. Hər hansı məktəbli virusa yoluxubsa, sinifdəki digər uşaqların da bu virusa yoluxma ehtimalı var. Uşaqlar gigiyenik qaydalara düzgün riayət etmədikdə, bağırsaq qurduna yoluxa bilər. Uşaqlarda yüksək qızdırma 3-5 gün çəkə bilər. İştahsızlıq, halsızlıq onların diqqətsiz olmasına gətirir. Belə halda, valideynlərinə məsləhət görürük ki, bol-bol maye, qızdırmasalıcı dərmanlar versinlər".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26