Interposta.Info

Polis rəisinin sevdiyi oğlanla qaçan gəlininin toyu oldu -

Ölkə
 26-04-2017, 23:10     36 221

Bir müddət əvvəl Laçın rayon Polis Şöbəsinin rəisi Məhəmməd Kərimovun oğlu ilə nişanlı olan Günay Məmmədova adlı qızın sevdiyi oğlanla qoşulub qaçması barədə xəbərlər yayılmışdı.

Sonradan Günay Məmmədova və qaçdığı oğlan Elnur Əhmədov televiziyaya çıxaraq hədələndiklərini bildirir, qızın geri qayıtmasının tələb olunduğu demişdilər. Günay Məmmədova Elşad Əhmədovla xoşbəxt olduğunu və evlənmək istədiyini bildirirdi.


interposta.info "Qaynar"-a istinadən xəbər verir ki, artıq Günay və Elşad cütlüyü arzusna çatıb. Belə ki, bu gün onların toyu baş tutub. Ağcabədidə keçirilən mərasimdə cütlüyün yaxınları iştirak edib.
Toydan əldə etdiyimiz görüntüləri təqdim edirik.



Qeyd edək ki, Ağcabədi rayonunda yaşayan Günay Məmmədova Laçın rayon Polis Şöbəsinin rəisi Məhəmməd Kərimovun oğlu ilə 3 il nişanlı olub. Onların bu yaxınlarda toylarının olacağı gözlənilirmiş. Lakin rəis oğlu ilə evlənmək istəməyən qız öz rayonundan olan Elşad Əhmədovla qaçmaq qərarına gəlib. Qızın atası Ağcabədidəki "Gənclik” restorannn sahibi Şahin Məmmədovdur.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26