Interposta.Info

Azərbaycanın şahmat yığması Rusiyaya uduzdu

 

İdman
 28-09-2021, 20:53     6 184

Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Sidjes bölgəsində keçirilən dünya çempionatında növbəti görüşünü keçirib.

Tərkibi Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Türkan Məmmədyarova və Zeynəb Məmmədyarovadan ibarət olan kollektiv A qrupundakı 3-cü qarşılaşmasında Rusiya ilə qüvvəsini sınayıb. Oyun rəqibin qələbəsi ilə başa çatıb - 3,5:0,5.

Bu görüşdə yığmanın heyətində Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva və Türkan Məmmədyarova mübarizə aparıb.

Yığma günün ikinci qarşılaşmasında Fransanı sınağa çəkəcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26