Interposta.Info

Oğurluğa xüsusi hazırlaşan şəxs evdən 20 minlik qızıl aparıb -

Ölkə
 26-04-2017, 20:47     593

Bərdədə külli miqdarda qızıl - zinət əşyaları oğurlayan yeniyetmə saxlanılıb.

ARB TV xəbər verir ki, Bərdə şəhər sakini Kəmalə Xanlarova Yusif qızının evindən oğurlanan qızıl-zinət əşyalarının ümumi dəyəri 20 min manatdır.

Atabəy Xanlarov bu oğurluğa xüsusi hazırlaşdığını deyib. Oğurluq etdiyi evin açarının surətini çıxarıb, kəsici və sıxıcı kəlbətinlər, şüşəkəsən xüsusi almaz əldə edib. Ev sahibi evdə olmadığı vaxt evə daxil olaraq qızıl qolbağlar, saatlar, boyunbağılar, 5 və 10 - luq qızıllar, həmçinin mobil telefon götürüb.

Həmin qızıl-zinət əşyalarının Yevlax rayonuna satması müəyyən edilib. Qızıl zinət əşyaları maddi sübut kimi götürülüb.

Faktla bağlı Bərdə rayon polis şöbəsində cinayət işi açılıb, araşdırma davam edir.

Bərdə rayon sakini olan yeniyetmə ilkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26