Interposta.Info

Pxenyandakı bu məbəd hər kəsi təəccübləndirir -

Ölkə
 15-04-2017, 23:47     559

Gündəmə nüvə hədəsi və diktatoru Kim Çen İnin qəddar qanunları ilə gələn Pxenyan həm də elm və texnika məbədi imiş.

Virtualaz.org-un məlumatına görə, Yutub portalında Şimali Koreya paytaxtındakı Sukto adasında tikilmiş Elm və Texnika Məbədi ilə bağlı görüntülər yer alıb. Atom fiquru formasında yaradılan müasir elmi-texniki kompleksin tikintisi 2015-ci ildə başa çatıb və kompleksin açılışı oktyabrın 28-də olub.

Elm və Texnikanın Məbədinin ümumi ərazisi 100 min kvadrat metrdən çoxdur. Kompleks tərkibində Şimali Koreyada son ixtiraları haqqında elektron məlumat bazası ilə kitabxana, kinozallar, virtual reallıq və zəlzələlərin modelləşdirilməsi laboratoriyaları, ölkənin elmi nailiyyətləri haqqında məlumatlar toplanmış zallar var.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26