Interposta.Info

Xalid Əhədov kimdir? –

Ölkə
 13-04-2017, 19:11     3 683

ANV “Karyera uğuru” adlı rubrikanı davam etdirir.

Rubrika vasitəsilə oxucular gənc olmasına baxmayaraq, ciddi uğurlara imza atmış və karyera zirvəzinə çatmış azərbaycanlı gənclərdən və onların keçdiyi həyat yolundan xəbər tutacaqlar.

Rubrikanın növbəti qonağı tanınmış maliyyəçi, Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri Xalid Əhədovdur.

Xalid Əhədov kimdir?

18 ildir maliyyə sektorunda çalışan qəhrəmanımız 4 fevral 1980-ci ildə Bakıda anadan olub.

Orta təhsilini Bakıda alan X.Əhədov Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə və kredit” ixtisası üzrə bakalavr dərəcəsi, 2000-2002-ci illərdə isə həmin ixtisas üzrə magistr dərəcəsi alıb.

Azərbaycanda başlanan yol Barselonada bitir...

Azərbaycan Dövlət İqtisad Universitetinin fərqlənən tələbələrindən olan Xalid Əhədov 2010-cu ildə dünyanın ən güclü universitetlərindən biri olan Instituto de Empresa (IE) biznes məktəbinə qəbul olur və Barcelonada MBA təhsili alır. Burada qazandıqları onun bank sahəsində beynəlxalq dəyərləri əzx etməsinə və ölkəmizdə tətbiq etməsinə gətirib çıxarır. Məhz bu amil onu zirvədən-zirvəyə aparır, bank sektorunun aparıcı mütəxəssislərindən birinə çevirir.

19 yaşlı bankir, ölkənin ən böyük bankının rəhbəri...

Xalid Əhədov uşaqlıqdan oxumağı sevərmiş. Verdiyi bir müsahibəsində qeyd edir: "Uşaqlıqda riyaziyyatçı olmaq və Ferma teoremini sübut etmək istəyirdim.

Məktəbdə yaxşı oxuyurdum. 1995-1996-cı illərdə riyaziyyat üzrə Azərbaycan olimpiadasının qalibi oldum, bizim yığmamızın üzvü idim".

Bankir tələbəlik illərindən işləməyə başlayır. 1999-cu ildə “Bank of Baku”-da komanda rəhbəri, pərakəndə biznes bölməsinin meneceri, müştəri məmnuniyyəti departamentinin rəhbəri vəzifələrini tutan X.Əhədov cəmi altı il sonra “Bank of Baku”-da İdarə Heyəti sədrinin müavini postunu olur.

Ardınca “Unibank”ın icraçı direktoru, “Bank Standard”-ın baş direktoru, "AzərTürk Bank"ın İdarə Heyətinin sədri vəzifələrini icra edir.

Bu il yanvar ayının 10-dan isə ölkəmizin ən böyük bankı sayılan – Azərbaycan Beynəlxalq Bankına rəhbərlik edir, bankın İdarə Heyətinin sədridir.

Məşhur bankirin anası müəllim, atası həkimdir. Atası Nürəddin Əhədov Milli Məclisin deputatı olub və Azərbaycanın dövlət müstəqilliyinin lehinə səs vermiş millət vəkillərindəndir, ölkəmizin tanınmış kardioloqlarından sayılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26