Interposta.Info

Prezidentin səfir təyin etdiyi Nərgiz Qurbanova kimdir? - DOSYE

Siyasət
 8-01-2021, 21:00     760

Prezident İlham Əliyevin sərəncamı ilə Nərgiz Qurbanova Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

"İnterPosta" xəbər verir ki, Nərgiz Qurbanova 1975-ci ildə anadan olub. 1991-1994-cü illərdə Bakı Dövlət Universitetinin "Beynəlxalq münasibətlər" ixtisası üzrə bakalavr təhsili alıb. Daha sonra o, 1995-1997-ci illərdə Bakı Dövlət Universitetinin "Beynəlxalq münasibətlər" ixtisası üzrə magistr təhsilinə yiyələnib. 1997-1999-cu illərdə isə Nərgiz Qurbanova Qərb Universitetinin "Beynəlxalq menecment" ixtisası üzrə magistr təhsili alıb.

O, həmçinin 1997-ci ildə Fransanın Nitsa Universitetində "Beynəlxalq hüququ" ixtisası üzrə, 2000-ci ildə isə İsveçin Yonçopinq Beynəlxalq Biznes Məktəbində "Beynəlxalq biznes" ixtisası üzrə təhsil alıb. 2009-cu ildə Avstriyanın Vyana Universitetindən fəlsəfə elmləri doktoru dərəcəsi alıb.

Nərgiz Qurbanova 2001-2010-cu illərdə Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq və İnkişaf İdarəsində müxtəlif vəzifələrdə çalışıb.

O, həmçinin 2004-2007-ci illərdə Azərbaycanın Avstriyadakı Səfirliyinə, 2010-2013-cü illərdə isə Azərbaycanın Birləşmiş Ştatlardakı Səfirliyinə ezam olunub.

Nərgiz Qurbanova, Azərbaycan Prezidenti İlham Əliyevin 12 yanvar 2016-cı il tarixli sərəncamı ilə Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.

Ailəlidir, bir oğlu var. Azərbaycan, ingilis, fransız və rus dillərini bilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26