Interposta.Info

“4 “meşok” qoz götürüb satmışam” -

Ölkə
 13-04-2017, 18:31     712

Paytaxtda su motoru oğrusu saxlanılıb.

ARB TV xəbər verir ki, paytaxtın Suraxanı rayon polis idarəsi 33-cü polis bplməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın sonlarından bu il aprelin 5-dək olan müddətdə, rayon ərazisində 6 evin girişindəki su mühərriklərini oğurlamaqda şübhəli bilinən, Bakı şəhər sakini Hacıbala Quliyev tutulub.

Hacıbala Quliyev – Saxlanılan şəxs: “Su motoru, kombi aparatı açmışam. Bir də ki, 4 “meşok” qoz götürüb, bazarda satmışam. Su motorunu da satmışam”.

Araşdırmalar zamanı saxlanılan şəxsin başqa oğurluq hadisələr törətdiyi də üzə çıxıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26