Interposta.Info

Qulu Məhərrəmli efirə qayıtdı -

Ölkə
 11-04-2017, 09:49     451

Tanınmış telejurnalist Qulu Məhərrəmli Güney Azərbaycan Televiziyasında aparıcılığa başlayıb.

BakiPost.az xəbər verir ki, Qulu Məhərrəmli "Mətbuat aynasında” adlı verilişi aparır. Proqramın ilk buraxılışında görkəmli şair Musa Yaqub və "Yeni nəsil” jurnalistlər birliyinin sədri Arif Əliyevlə birgə mətbuat və cəmiyyət mövzusu müzakirə edilib.

"Peyk televiziyası ilə efirə çıxmış verilişdə ictimai-mədəni həyatımızın müxtəlif məsələlərinın mətbuatda əksi, çağdaş problemlər, tarix və milli düşüncə cərəyanları, ölkə mediasının durumu və s. məsələlər işıqlandırılacaq”, – deyə Q.Məhərrəmli öz feysbuk səhifəsində məlumat verib. O bildirib ki, müzakirələrdə təkcə media təmsilçiləri yox, müxtəlif peşə sahibləri, tanınmış mütəxəssis-alimlər, o cümlədən siyasətçilər də iştirak edəcəklər.

Xatırladaq ki, 2004-cü ildə təsis olunmuş Güney Azərbaycan Televiziyası (GünAz TV) müstəqil media qurumudur və ABŞ-ın Çikaqo şəhərindən Hotbird (13 dərəcə Şərq) və Selstar (1215 dərəcə Qərb) peykləri ilə yayımlanır.

interposta.info
Qulu Məhərrəmli efirə qayıtdı -
Qulu Məhərrəmli efirə qayıtdı -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26