Interposta.Info

Qulu Məhərrəmli:

Gündəm
 19-08-2017, 15:37     10 469

“Telekanallarımız əvvəllər bir-birilərini, sonra da Rusiya və Türkiyə kanallarını yamsıladılar, amma bunun effektsiz bir iş olduğunu dərk etdikdən sonra sükut zolağına düşüblər”

Bu sözləri Axar.az-a media eksperti Qulu Məhərrəmli Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin telekanallarda saat 12-18 arası baxmağa veriliş tapmaması ilə bağlı verdiyi açıqlamaya münasibət bildirərkən deyib.

Q.Məhərrəmlinin fikrincə, təkcə günorta saatlarında deyil, elə əsas saatlarda da baxımlı verilişlər yoxdur:

“MTRŞ sədrinin iradlarını çox haqlı hesab edirəm. Düzdür, hazırda yay mövsümü ilə bağlı bütün telekanallarda başadüşülən bir sükut var. Ancaq bu sükutun çoxdan başlandığını və hələ çox davam edəcəyini proqnozlaşırmaq çətin deyil. Telekanallarımız sükut zolağına düşüb. Bu məsələdə cəmiyyətin bayağı şou proqramlarına göstərdiyi təpkilər də öz rolunu oynayıb. Mətbəx və tibb verilişlərinin çoxluğu isə xalqın sağlamlığının qayğısına qalmaqla yanaşı, həm də pulla bağlıdır, çünki bu proqramlar bir qayda olaraq sponsor maliyyəsi ilə efirə çıxır”.

Ekspertin fikrincə, telekanallar tamaşaçı marağına səbəb olmaq üçün ciddi yaradıcılıq axtarışları aparmalıdır:

“Büdcədən maliyyələşən TV-lər xarici ölkə kanallarına baxıb, onlara uyğun addımlar atmaq və tamaşaçı marağını təmin etmək istəyirlərsə, ciddi yaradıcılıq axtarışları aparmalıdırlar. Həmçinin kanallar yalnız peşəkar meyarlara söykənməlidir. Təəssüf ki, ATV və qismən də ARB-dən başqa digər televiziyalarda biz bu axtarışları müşahidə etmirik. Təbii ki, belə vəziyyət təkcə MTRŞ sədrini deyil, bütün cəmiyyəti narahat edir”.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli televiziyalarda tibbi klinikalarla bağlı verilişlərin çox olduğunu və efirimizdə saat 12-18 arasında baxmağa normal bir veriliş tapa bilmədiyini deyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26