Interposta.Info

Məcburi köçkünlərin məskunlaşdığı yataqxana uçma təhlükəsi ilə üzləşib -

Ölkə
 4-04-2017, 16:14     645

“Binanı saxlayan beton dirəklərin artıq sementləri tökülüb, təkcə armaturları qalıb”.

Bakıda müxtəlif müəssisələrin yataqxanalarında məskunlaşan məcburi köçkünlərin bir qisminin mənzil şəraiti yaxşılaşdırılsa da, hələ də çətin, şəraitsiz vəziyyətdə yaşamağa məcbur olan köçkün ailələri az deyil.

Xüsusilə də təhsil ocaqlarının yataqxanalarında məskunlaşan məcburi köçkünlərin şəraitləri daha bərbad durumdadır. Həmin yataqxanalardan biri də Bakı Neft-Energetika kollecinin yataqxanasıdır. Hansı ki, 210 ailənin məskunlaşdığı bu yataqxana uçma təhlükəsi ilə üz-üzədir.

Məcburi köçkünlərdən bu barədə məlumat alınca, yataqxananın yerləşdiyi əraziyə yollandıq. Müşahidə etdik ki, gerçəkdən də yataqxananın bünövrəsi gözlə görüləcək səviyyədə aşınmaya məruz qalıb. Söhbət etdiyimiz məcburi köçkünlər bildirdilər ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib, binaya baxıblar. Onlar da bildiriblər ki, bina qəzalı vəziyyətdədir və təmir olunmalıdır.

Məcburi köçkün Siyavuş Kərimov yataqxananın problemləri barəsində musavat.com-a aşağıdakıları bildirdi: “Yataqxananın zirzəmisi kanalizasiya suyunun içərisindədir. Su o qədər çoxdur ki, birinci mərtəbəyə qədər çıxıb. Özü də bu, indinin işi deyil. 1990-cı illərdən burada yaşayırıq, hər zaman bu binanın zirzəmisini suyun içərisində görmüşəm. Nəticədə tikilinin bünövrəsi həm köhnəldiyi, həm də suyun içərisində qaldığı üçün yararsız hala düşüb. Binanı saxlayan beton dirəklərin artıq sementləri tökülüb, təkcə armaturları qalıb. Bu boyda bina, həmin armaturların üzərində dayanıb. Kənardan baxanda bəlkə də bina yaxşı vəziyyətdə görünə bilər. Ancaq bu, belə deyil. Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin işçilərinə məlumat verdik. Onlar da gəlib binaya baxış keçirdilər. Dedilər ki, binanı qəzalı kimi qeyd edəcəklər. Daha qeyd etdilər, yoxsa ki, yox, orasını bilmədik. Bəzi uçan yerləri də sementləyib, düzəltdilər. Ancaq yenə də deyirəm ki, kənardan bu cür görünsə də vəziyyət başqa cürdür”.

S.Kərimovun sözlərinə görə, bina iki dəfə müxtəlif tikinti şirkətləri tərəfindən təmir olunub: “Lakin buna da təmir demək olmaz. Sonuncu dəfə təmir zamanı şirkət binanın bloklarını boyadı, pilləkənlərdə bəzi uçuq yerləri düzəltdi. Eyni zamanda içərini də bir qədər səliqəyə salıb, tualet-hamamı düzəltdilər. Binanın bünövrəsinə isə heç baxan da olmadı. Bir də görürük ki, eyvanlardan daş tökülür. Ona görə də uşaqları eyvana çıxmağa qoymuruq. Eyvanlar tamamilə qəzalı vəziyyətdədir və hər an uça bilər”.

Məcburi köçkünlər bildirdilər ki, yataqxanada kommunal xətlər də yaxşı vəziyyətdə deyil. Məcburi köçkün Raquf kişi söylədi ki, tez-tez elektrik xətlərində problemlər yaranır: “Yataqxana tikiləndən elektrik xətləri hələ də dəyişdirilməyib. Tez-tez yataqxananın bloklarında olan ötürücülərdə partlama olur. İşıq idarəsinə zəng edirik, gəlib düzəldirlər. Bu kimi hallar tez-tez müşahidə olunur. Bir gün yanğın baş versə, yəqin ki, o zaman düzəldəcəklər. Yataqxanaya qaz verilir, ancaq verilməsə ondan yaxşıdır. Elə yanır ki, nə çayı isidir, nə də evi qızdırır. Ona görə də verdilər, vermədilər bir fərqi yoxdur. Bizə lazım olan sudur ki, o da yuxarı mərtəbələrə gəlmir. Baxmayaraq ki, binanın altı su, içərisi də nəmişlikdir, ancaq içməli suyu əldə etmək üçün çətinlik çəkirik”.

Müşahidə etdik ki, yataqxananın qarşısında kiçik çənlər, su nasosları qoyulub. Məcburi köçkünlər bildirdilər ki, yuxarı mərtəbələrə su qalxmadığı üçün məcbur qalıb, bu cür vasitələrdən istifadə edirlər.

Məcburi köçkünlərin sözlərinə görə, yataqxananı təmir edən tikinti şirkəti su problemini həll edə biləcəyini söyləyib: “Ancaq o da bizə şərt qoydu. Bildirdi ki, əgər yığışıb su borularını alsanız, suyunuzu çəkərik. Təmirə başlamadan öncə isə bizə bildirmişdilər ki, suyunuzu daimi xəttə qoşacağıq, heç bir probleminiz qalmayacaq. İndi də su nasosu olan onun vasitəsi ilə su yığır, olmayan da gəlir, qablar vasitəsilə aşağıdan su daşıyır. Yəni bizim durumumuz bundan ibarətdir. Binada ümumi şərait də digər yataqxanalarda olduğu kimidir. Beş ailənin bir hamam-tualeti var, hər şey ümumidir və s. Dəfələrlə müvafiq qurumlara xəbər etmişik ki, yataqxananın zirzəmisi suyun içərisindədir, gəlin bunu çəkin. Ancaq heç kim bizi eşitmir. Sayğac quraşdırılanda isə bütün qurumdan nümayəndələr qaça-qaça gəlib doluşmuşdular bura. Həmin zaman Sabunçu rayon İcra Hakimiyyətinin nümayəndələrinə dedik ki, bina qəzalı vəziyyətdədir, heç olmasa bu suyu zirzəmidən çəkin. Dedilər ki, bu, bizim işimiz deyil. İnanın ki, yay aylarında pis qoxudan, həşəratların əlindən həyətdə oturmaq olmur. Yataqxananın içərisində cücülərin əlindən tərpənmək olmur”.

Zirzəminin qapısını açıb, foto çəkmək istədik, lakin hələ havalar qızmasa da cücülərin əlindən çox çətinliklə bunu edə

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26