Bir gecədə 1,5 milyard dollar qazandı - REKORD
Dünyanın ən zənginləri siyahısında dəyişiklik olub.
interposta.info lent.az-a istinadən xəbər verir ki, online ticarət saytı olan "Amazon" şirkətinin qurucusu Jeff Bezos rəqibləri Amancio Ortega və Warren Buffettı ötərək dünyanın ən varlı ikinci şəxsi olub.
"Vaşinqton post" qəzetinin də sahibi olan Bezosun indiki var-dövlətinin miqdarı 75,6 milyard dollara çatıb. "Amazon" şirkətinin səhmlərinin bir gecədə 18,32 dollar bahalaşması nəticəsində iş adamının sərvətinə 1,5 milyard dollar əlavə olunub.
"Microsoft"un yaradıcı Bil Qeyts isə hələ də 86 milyard dollarla dünyanın zəngin insanıdır.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26