Rəhim Qazıyev keçmiş baş prokurorun ittihamına cavab verdi -

interposta.info bildirir ki, Moderator.az-da 25.03.2017-ci il tarixdə keçmiş baş prokuror, Xocalı soyqırımının araşdırılması üçün yaradılan deputat istintaq komissiyasının məsul katibi olmuş Əli Ömərovun Xocalı faciəsi ilə bağlı 1997-ci ildə AzTV-nin "Zirvə" verilişinə verdiyi müsahibənin videoyazısı yayımlanmışdı.
Video materilda sabiq baş prokuror Azərbaycanın bir çox məşhur siyasi simaları, o cümlədən də keçmiş müdafiə naziri Rəhim Qazıyev haqqında ittihamlar səsləndirmişdi.
"Qırğından iki gün öncə Tamerlan Qarayev Ayaz Mütəllibova teleqram vurub ki..." sərlövhəli həmin materialı tam şəkildə bu linkdən izləyə bilərsiniz: moderator.az/news/173138.html.
Materialın sonunda qeyd etmişdik ki, videomüsahibədə adları keçən və Əli Ömərov tərəfindən ittiham edilən şəxslərin də mövqeyini olduğu kimi təqdim etməyə hazırıq.
Bu gün sabiq müdafiə naziri Rəhim Qazıyev Moderator.az-a Əli Ömərovun ittihamlarına cavab olaraq video material göndərib. Verdiyimiz sözə əməl edərək sabiq müdafiə nazirinin mövqeyini də olduğu kimi təqdim edirik:
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26