Interposta.Info

Rəhim Qazıyev ev dustaqlığına buraxıldı

Gündəm
 4-09-2020, 17:53     921

Sabiq Müdafiə naziri Rəhim Qazıyev ev dustaqlığına buraxılıb.

"İnterPosta" xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Elçin Sadıqov məlumat verib. Vəkil qeyd edib ki, Səbail Rayon Məhkəməsi bununla bağlı qərar verib:

"Hakim Şəhla Süleymanova Rəhim Qazıyev barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması barədə vəsatətimizi təmin edib. Ev dustaqlığı qətimkan tədbirinin müddəti 13 noyabr 2020-ci il tarixədək müəyyən edildi”.

Qeyd edək ki, Rəhim Qazıyev Cinayət Məcəlləsinin 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 282-ci (Təxribat) maddələri təqsirli bilinərək saxlanılmışdı. Səbail rayon məhkəməsinin qərarı ilə sabiq Müdafiə naziri barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi..

İttihama görə, 2020-ci il iyulun 12 və 13-də sabiq Müdafiə naziri Rəhim Qazıyevin Azərbaycan-Ermənistan sərhədində düşmənin təxrtibatları ilə bağlı döyüş əməliyyatlarının aparıldığı və bu barədə Müdafiə Nazirliyi tərəfindən ictimaiyyətə müntəzəm rəsmi məlumatlar verildiyi bir vaxtda, məqsədyönlü şəkildə sosial şəbəkələr vasitəsilə hadisələrin mahiyyəti barədə aşkar surətdə həqiqətə uyğun olmayan xəbərlər yayıb. Azərbaycanın müdafiə qabiliyyətini zəiflətməyə yönələn hərəkətlər edərək insanları iğtişaşlara, dövlət hakimiyyətini zorla ələ keçirməyə açıq çağırışlar etməklə təxribat törətməsinə əsaslı şübhələr müəyyən olunub./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26