Interposta.Info

Azərbaycanlı xoşməramlı səfirdən Londonda utancverici əməl -

Ölkə
 26-03-2017, 19:21     925

Nigar Camal yolu keçərkən piyadalar üçün qırmızı işıqda hərəkət edib

Müğənni Nigar Camal İngiltərənin paytaxtı London şəhərində qonağı olduğu verilişin çəkilişi zamanı,yolu keçərkən piyadalar üçün qırmızı işığın yanmasına baxmayaraq qırmızı işıqda hərəkət edib.Nigar Camal BMT-nin Yol Hərəkəti Təhlükəsizliyi üzrə xoşməramlı səfiri olmasına baxmayaraq qaydanı kobud şəkildə pozub. O, çəkiliş zamanı bildirib ki,Londonda piyada keçidini bu cür keçmək qadağandır.
Qeyd edək ki piyada keçidində qırmızı işıq yanan vaxtı nəinki Londonda, hətta dünyanın heç bir yerində piyadaların hərəkətinə icazə verilmir.
Təəssüflə bildiririk ki, yol hərəkəti təhlükəsizliyi üzrə bir iş görməyən, insanların maarifləndirilməsində əməyi olmayan və BMT-nin Yol Hərəkəti Təhlükəsizliyi üzrə xoşməramlı səfiri kimi yüksək titul daşıyan Nigar Camalın bu passivliyindən hər kəs narazıdır./xalqxeber.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26