Interposta.Info

Nigar Camal rəfiqələri ilə birlikdə qəzaya düşdü –

Maqazin
 20-06-2017, 16:07     744

BMT-nin yol hərəkəti təhlükəsizliyi üzrə xoşməramlı səfiri kəmər taxmır

Hadisə bir müddət əvvəl baş verib. Hətta bu haqda sosial şəbəkələrdə video da paylaşılıb. Görüntülərdə Nigar Camal və rəfiqələri avtomobildə təhlükəsizlik kəmərəindən istifadə etmirlər. Eyni zamanda sürücünün diqqəti yolda deyil kamerada olur. Həmçinin Nigar Camal da rəqs edib oxumaqla sürücünün diqqətini yayındırır. Nəticədə isə avtomobil qəzaya uğrayır.
Çox təəssüflər olsun ki, BMT-nin yol hərəkəti təhlükəsizliyi üzrə xoşməramlı səfiri seçilən Nigar Camal sosial təhlükəsizliklə bağlı sosial çarxlar çəkmək əvəzinə özü qaydaları pozur və hətta bunu çəkib paylaşır.
Qeyd edək ki, son günlər Nigar Camalın yol polisləri haqqında işlətdiyi kobud ifadələr birmənalı qarşılanmayıb. Hətta BŞDYP idarəsi müğənnini məsələ ilə bağlı dinləməyə və araşdırma aparmağa dəvət edib. Lakin hələlik Nigar Camal bu təkliflə müsbət reaksiya verməyib. /avtosfer.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26