Interposta.Info

SON DƏQİQƏ:

Ölkə
 26-03-2017, 19:16     1 751

Bakıda ölümlə nəticələnən hadisə yaşanıb
interposta.info
olke.az-a istinadən xəbər verir ki. Yasamal rayonu ərazisində - "20 Yanvar" dairəsində "Cherry" markalı avtomobil yolu keçməyə çalışan piyadanı vurub.

Qeyd edək ki, avtomobilin vurduğu şəxs "Akademi Group" şirkətinin rəhbəri Razi Vəliyev olub.

Belə ki, yolu keçərkən sürətlə hərəkət edən minik avtomobili onu vuraraq kənara atıb. O, hadisə yerindəcə keçinib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Xatırladaq ki, Razi Vəliyev təhsil sahəsində tanınmış şəxslərdən biri olub. O, Azərbaycanda təhsil sərgilərinin təşkilatçısı kimi tanınıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26