Interposta.Info

"Qanlıgöl"dəki qətlin yeni təfərrüatları məlum olub

Ölkə
 24-03-2017, 11:50     638

Yasamal rayonu "Qanlıgöl" adlanan ərazidə baş verən qətlin bəzi təfərrüatları məlum olub.

"Ölkə.Az"-ın əldə etdiyi məlumata görə, həyat yoldaşını öldürməkdə şübhəli bilinən Əkbər Quliyev əslən Ağdaş rayonundandır:

"Həyat yoldaşı və 16-17 yaşlı oğlu məhəllədə kirayədə yaşayırdı. Əkbər özü isə rayonda qalırdı. Bir-iki gün əvvəl ailəsinin yanına gəlmişdi. Yəni onlar bir yerdə deyildilər".

Xatırladaq ki, xəbəri APA yayıb. Yasamal rayon Prokurorluğundan verilən məlumata görə, hadisə “Qanlıgöl” ətrafındakı evlərdən birində qeydə alınıb. Orada yaşayan 1974-cü il təvəllüdlü Əkbər Əjdər oğlu Quliyev qısqanclıq zəminində həyat yoldaşı, 1975-ci il təvəllüdlü Firuzə Məhəmməd qızı Quliyevanı bıçaqlayıb. Dörd bıçaq zərbəsi alan F. Quliyeva hadisə yerindəcə keçinib.
Hadisəni törədən Ə. Quliyev saxlanılıb.

interposta.info bildirir ki, faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26