Interposta.Info

“Millət o zaman millət olur ki…”

Ölkə
 21-03-2017, 21:14     1 216

“Bu xalq mənim ürəyimdir. Hər insan bilməlidir ki, bütün millətlərin yaxşısı da var, pisi də, axmağı da, əclafı da, satqını da. Onunla bərabər korifeyləri, əsl kişiləri də var. Allah hər adama bir cür xarakter verib. Buna görə millətdən küsmək, incimək olmaz. Milləti çox istəmək lazımdır. Millətin millət olması üçün bağrımıza basmalıyıq. Ancaq o zaman pisi də yaxşılaşar, düzələr, inkişaf edər, xurafata getməz”.

interposta.info xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış həkim, tibb elmləri namizədi Rəşid Mahmudov deyib.


Rəşid Mahmudov Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib:

“Novruz bizim bayramdır, bu bayramı dinlə əlaqələndirməsinlər. Novruz zərdüştlükdən gələn bayramdır, torpağın oyanışıdır, qanın qaynayan vaxtıdır. Bu bayamı ona görə qeyd edirik ki, gələn ilimiz ruzi-bərəkətli olsun.
Bütün dünyada yaşayan azərbaycanlıları, müsəlman dünyasını bu gözəl bayramımız münasibətilə təbrik edirəm. Vətənimin ən ucqar nöqtəsində belə yaşayan həmvətənlərimi təbrik edirəm. Hər birinə can sağlığı, xoşbəxt həyat arzu edirəm. Allahı tanısaq, Allah da bizi qoruyacaq. O üzdən Allahı tanıyaq, düzgün yolda olaq, pis yolla getməyək, əclaflıq etməyək, bir-birimizi sevməyi bacaraq, paxıllıq etməyək. Allah millətimi müharibədən uzaq eləsin! Biz heç zaman müharibə istəməmişik. Dinimizdə də, Quranımızda da belə yazılıb. Biz sülhpərvər, insanları sevən, ürəyiaçıq, dostcanlı millətik. Allah millətimizi qorusun!”

R.Mahmudov Azərbaycan xalqının daima ön sıralarda olmasını arzulayıb:

“Millət kimi dala qalırıq, bu milləti qabağa aparmaq lazımdır. Yalandan tərifləməklə deyil. Mən istəyirəm ki, millətim qabaqda, ön sıralarda olsun. Onun üçün də hər bir şəxsin çalışqan olması, işlədiyi sahədə müvəffəqiyyətli olması lazımdır. Bütün peşələrin sahibləri dövlətimizə, dövlətçiliyimizə xidmət etməlidirlər. Bizim dövlətimiz, torpağımız, Vətənimiz var və biz bu Vətənə sahib çıxmalıyıq. Biz bu Vətənlə öyünməliyik, sevinməliyik. İstərdim ki, bütün insanlar bu Vətənin, məmləkətin aydın sabahları üçün, gələcəyi üçün gecə-gündüz çalışsınlar. Biz varlığımızla, sahib olduqlarımızla bütün millətlərdən üstünük, o üzdən də hər zaman bu üstünlüyü qorumaq üçün çalışmaq lazımdır”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26