Interposta.Info

ABŞ-ın dövlət katibi azərbaycanlıları təbrik etdi

Gündəm
 21-03-2017, 13:50     681

ABŞ-ın dövlət katibi Reks Tillerson Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

interposta.info
Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın dövlət departamentinin rəsmi saytı xəbər verir.

"Bütün dünyada milyonlarla insanlar, o cümlədən Əfqanıstanda, Azərbaycanda, Çində, Gürcüstanda, Hindistanda, İranda, İraqda, Qazaxıstanda, Qırğızıstanda, Pakistanda, Rusiyada, Suriyada, Tacikistanda, Türkiyədə, Türkmənistanda, Özbəkistanda yaşayan icmalar, Cənubi və Mərkəzi Asiya və Fars körfəzi xalqları bu bayramı öz ailələri və dostları ilə birgə qeyd edirlər", - deyə təbrikdə deyilir.

Dövlət katibi bu bayramı qeyd edənlərə xoşbəxt və firavan Novruz arzulayıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26