Interposta.Info

Novruz bayramı üzərində Allahın kodlaşdırılmış möhürü var...

Ölkə
 21-03-2017, 18:23     511

"Günəşi işıqlı, Ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə, Ay üçün mənzillər müəyyən edən məhz Odur. Allah bunları ancaq haqq olaraq yaratdı... !" “Yunis” surəsi, 5.

Ayədən göründüyü kimi, Allah-təala Günəşi və Ayı yaradıb ki, insanlar illərin, ayların sayını, hesabını bilsinlər. İnsanların şüuru, elmi artdıqca əvvəlcə Ayın günəş sistemində hərəkətinə uyğun olaraq Ay təqvimini (355 gün) yaratdılar. Elm bir qədər də inkişaf etdikdən sonra Yerin Günəş ətrafında illik dövr etməsinə uyğun olaraq Günəş təqvimi (365 gün) yaradıldı.

Adətən inamsız insanlar bu təqvimlərin insan beyninin (elminin, zəkasının) məhsulu olduğunu (Allaha aid olmadığını) iddia etməkdədirlər.

Elmi-lədun araşdırmalarımız göstərir ki, hər iki təqvim insan ağlının məhsulu olsa da Allah Öz kodlaşdırılmış “möhür”ünü onların üzərinə vurmuşdur. Bununla da ağıl sahiblərinə sübut etmişdir ki, hər iki təqvimi yaradan Alim bunu Allahın elmi və iradəsi ilə, Onun nəzarəti (izni) altında yaratmışdır. Bunu sübut edən hesablamaları moderator.az saytının oxucularına təqdim edirik.

Öncə qeyd edək ki, insanlar Günəş və Ay (Qəməri) təqvimindən istifadə etməklə, ildə iki dəfə təqvim dəyişməsini qeyd edirlər: 21 martda və 31 dekabrda. Bu iki bayram arasında qalan günlərin sayı (Novruz bayramından sayılmaqla) bir qayda olaraq 286 gündür.
Bildiyimiz kimi, “Quran”ın orjinalı 286 (!) səhifədən ibarətdir. Yəni, XVIII əsrə qədər (ərəb ölkələri ingilislərin ideoloji nəzarətinə keçənə qədər) çap olunan və Kəbədə, elcə də dünyanın müxtəlif muzey və kitabxanalarında saxlanılan bütün “Quran” kitabları 286 səhifəyə yerləşdirilib (ondan sonra çap olunan “Quran”ların mətnində dəyişiklik edilməsə də, kağız formatı dəyişdirildiyindən səhifələrin sayı artdı).

Əvvəlki yazılarımızı izləyən oxucularımıza məlumdur ki, bütün Günəş, Ay tutulmaları, eləcə də Yerdə baş verən zəlzələ və qəzaların üzərində 286 ədədini görmək mümkündür. Başqa sözlə desək, bu ədəd Allahın kodlaşdırılmış “möhür”ü olaraq, Onun elmi ilə baş verən bütün hadisələrin üzərinə vurulmuşdur.

Novruz bayramı ilə yeni il bayramı arasında qalan günlərin sayı 286 olduğu kimi, “Quran”da təsbit olunmuş İslamın iki böyük bayramı Qurban və Ramazan bayramları arasında qalan günlərin sayı bir qayda olaraq (Qurban bayramından sayılmaqla) 286 gündür!

Araşdırmalarımız göstərir ki, Allah öz “möhür”ünü insanın yaradılışı üzərinə də vurmuşdur. Belə ki, insan ana bətnində 286 (!) günə yaranır: cütlüklər görüşəndən sonra, toxumun ana bətninə çatması 6 gün + bətndə normal inkşaf 280 gün = 286 gün. Deməli, uşaq ana bətnində “Quran”ın hər səhifəsinə bir gün hesabı ilə qalır.

Bütün bu və ya digər hesablamalar göstərir ki, alimlər tərəfindən tərtib edilən təqvimlər əslində Allahın elmi və iradəsi ilə yaradılmışdır. Bunu sübut etmək üçün Allah Öz kodlaşdırılmış “möhür”ünü hər iki təqvim üzərinə burmuşdur.

Yeri gəlmişkən, onu da qeyd edək ki, 286 ədədi həm də “Quran”ın “İnək” sursinin ayələrinin cəmidir. Artıq elm sübut edir ki, hər bir inəyin anatomik quruluşu 286 (!) sümüyün birləşməsindən ibarətdir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26