Interposta.Info

Yupiter planeti haqqında bilmədiyimiz -

Müxtəlif
 23-04-2017, 07:20     1 206

Günəş sistemində 9 planet var. Yupiter Günəş sisteminin ən böyük planeti sayılır.

Qədim astronomlar Yupiteri Romanın baş tanrısının şərəfinə adlandırıblar.


Yupiter Günəşə ən yaxın 5-ci planetdir. Yupiterin atmosferinin 84 faizi hidrogendən, 15 faizi geliumdan, qalan 1 faizi isə asetilen, ammiyak, etan, metan, fosfin və su buxarından ibarətdir.

Əgər sizin Yerdə çəkiniz 100 kq-dırsa, Yupiterdə bu çəki 264 kq-dır. Yupiterin çəkisi Yerin çəkisindən 318 dəfə çoxdur.

Yupiterin diametri Yerin diametrindən 11 dəfə böyükdür.

Günəş planetinin digər planetlərinin ümumi çəkisinin 70 faizi Yupiter qədərdir.

Yupiter Günəş sistemində digər planetlərə nisbətən daha tez dövr edir.

Yupiterdə 1 gün 10 saatdır.

Günəşin ətrafında Yupiterin bir dövrü 12 ilə başa çatır.

Yupiterin səthindəki qırmızı ləkə 300 il davam edən fırtınadır.

Günəş sisteminin ən böyük Ayı Yupiterin peykidir. Bu peyk Qanimed adlanır.

Qanimed peyki Merkuri və Plutondan böyükdür.

Yupiterin 60-dan çox peyki (Ay) var. Amma onların böyük əksəriyyəti çox kiçikdir.

Yupiterin hidrogendən ibarət okeanı var.

Digər planetlərdən fərqli olaraq Yupiter güclü radio dalğaları şüalandırır. Bu dalğalar Yerdə qeydə alına bilir./ölkə.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26