Ayıq sürücü xidməti polisə işləyir?
Bakıda ayıq sürücü cidmətindən istifadə edən şəxsin sənədləri polis əməkdaşları tərəfindən alınıb.
interposta.info xəbər verir ki, bakı şəhər sakini Elçin Şirinov Moderator.az-a açıqlamasında bildirib ki, martın 13-də toy məclisindən çıxan zaman avtomobili idarə etmək üçün Ayıq Sürücü Xidmətindən istifadə edib:
“Həmin gün spirtli içki qəbul etdiyim üçün Ayıq Sürücü Xidmətindən istifadə etdim. Yaşadığım binanın qarşısına çatanda sürücüyə bildirdim ki, avtomobili öz yerində saxlamaq lazımdır. Fikirləşdim sürücü avtomobili lazım olan qaydada saxlaya bilməz. Sürücün yola saldıqdan sonra maşını binanın qarşısında hərəkət etdirib lazım olan yerdə saxladım. Bu zaman gördüm ki, iki nəfər polis əməkdaşı başımın üstündə dayanıb. Onlar mənə sərxoş halda avtomobil idarə etdiyimi bildirdilər. Mən də bildirdim ki, spirtli içki qəbul etdiyimə görə, Ayıq Sürücü Xidmətindən istifadə etmişəm. Bunu həmin nömrəyə zəng edib yoxlamaq da olar. Lakin onlar məni aparıb sərxoşluq müayinəsindən keçirdilər. Mən bildirdim ki, buna ehtiyac yoxdur, sərxoş olduğumu inkar etmirəm. Aparıb müayinədən keçirdikdən sonra yenidən maşını gətirib həyətdə saxladılar, sənədlərimi də alıb apardılar. İndiyə kimi də sənədlərimdən xəbər yoxdur”.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildiriblər ki, sərxoş halda heç bir şəkildə avtomobil idarə etmək olmaz:
“Sərxoş vəziyyətdə maşını park etmək olmaz. Bu qanun pozuntusudur. Həmin sürücünün əgər sənədlərini alıblarsa, barəsində tədbir görüləcək və həmin şəxsə bu barədə məlumat veriləcək”.
Hüquqşünaslar isə bildirirlər ki, binanın qarşısında avtomobili park etmək yol hərəkəti iştirakçısı olmağa əsas vermir. Sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etmək məsuliyyət yaradır. Lakin bu avtomobil yolunda baş verməlidir. Yəni ictimai yerdə bunu etmək olmaz. Lakin binanın qarşısında avtomobili park etmək məsuliyyət yaratmır.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26