Interposta.Info

İtaliya mətbuatı:

Ölkə
 16-03-2017, 07:36     405



İtaliyanın "Il Caffe Geopolitica” analitik-xəbər portalında tədqiqatçı Corcia Piların müəllifi olduğu "Aleksandr Lapşinin işi və Dağlıq Qarabağın hüquqi statusu” adlı məqaləsi dərc edilib.

Axar.az xəbər verir ki, məqalədə deyilir: "14 Dekabr, 2016-cı il tarixində İsrail əsilli jurnalist və bloqqer Aleksandr Lapşin Azərbaycan hökümətinin Dağlıq Qarabağla bağlı normativ qaydalarına baxmayaraq oraya dəfələrlə səfər etdiyi üçün Belarusun paytaxtı Minsk şəhərində həbs edildiyi bildirilir.

1. Minskdə Mükəmməl Həbs - Aleksandr Lapşinin adı 2011-2012-ci illərdə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarına qeyri-qanuni daxil olduqdan sonra Azərbaycanın arzuolunmaz şəxslər siyahısına daxil edilib. Aleksandr Lapşin 2016-ci ilin iyun ayında bu ərazilərə səfər etmiş və nəticədə rəsmi Bakı tərəfindən beynəlxalq axtarışa verilib. Erməni silahlı qüvvələri tərəfindən qeyri-qanuni işğal edilmiş Azərbaycan ərazilərinə icazə alınmadan daxil olmaq, dövlət sərhədini qeyri-qanuni şəkildə keçmək qanun pozuntusu və cinayət hesab edilir.

Dağlıq Qarabağ və ətraf yeddi rayon daxil olmaqla, Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmək üçün Azərbaycan hökumətinin icazəsi olması zəruri şərtdir; icazə olmadan işğal olunmuş ərazilərə qeyri-qanuni səfər edən şəxslər hüquqi məsuliyyətə cəlb olunurlar. Bu xüsusda, Azərbaycan Respublikasının Prokurorluğu tərəfindən ölkənin Cinayət məcəlləsinin 282.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2 maddələri (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) ilə Aleksandr Lapşinə qarşı cinayət işi başlanmış və onun həbsi ilə bağlı İnterpola sorğu edilib. 7 fevral 2017-ci il tarixində Belarus Məhkəməsi Kişineu Konvensiyasının müddəalarını əsas tutaraq jurnalist Aleksadr Lapşinin Azərbaycan tərəfinin tələbi əsasında Bakıya ekstradisiya olunmasını qərara alıb. Bu andan sonra Lapşinin işi yalnız Azərbaycan qanunvericilyi çərçivəsində dəyərləndirilməlidir.

2. Bakının mövqeyi - Azərbaycan hökumətinin Aleksandr Lapşinə qarşı cinayət işinə başlaması səbəblərini dərk etmək üçün bir ölkənin dövlət sərhəd qanunlarının pozulması halında verdiyi təbii reaksiyası nəzərə alınmalıdır. Aleksadr Lapşinin həbsi hüquqi məsələdir və siyasi məna axtarmaq olmaq. Aleksandr Lapşin Azərbaycan hökuməti əleyhinə fikirləri və qərəzli bəyanatlarına görə həbs edilməyib. O, Azərbaycan hökumətinin rəsmi icazəsi olmadan beynəlxalq səviyyədə tanınan dövlət sərhədlərini qeyri-qanuni olaraq keçdiyinə görə həbs edildiyini müəllif diqqətə çatdırır.

Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasın tələb edən 1993-cü ildə BMT TŞ-nın qəbul etdiyi 822 (1993-cü il), 853 (1993), 874 (1993) və 884 (1993) nömrəli 4 qətnamələrində həmin ərazilər Azərbaycan Respublikasının tərkib hissəsi kimi tanınır və bu ərazilərin Ermənistan tərəfindən işğalı faktı həmin ərazilərə Azərbaycan hökumətinin razılığı olmadan səfərlər edilməsinə haqq qazandırmır. Beynəlxalq hüquq nöqteyi-nəzərdən bu ərazilərə icazəsiz səfərlər həmin ərazilərin hərbi işğalı qədər qanunsuzdur.

İşğal olunmuş ərazilərə giriş üçün Azərbaycan hökumətinə müraciət etmiş və icazəni əldə etmiş, bu ərazilərə tam giriş imkanı qazanaraq öz araşdırmalarını aparan jurnalistlərin (BBC-nin müxbiri Rayhan Dimitri kimi) sayı çoxdur. Hətta onlardan bəzilərinin baxışları münaqişə məsələsində tam şəkildə Azərbaycanın mövqeyi ilə üst-üstə düşməsə də həmin şəxslər "arzuolunmaz” şəxslər elan olunmamışlar. Beləliklə, Aleksandr Lapşinin Azərbaycana qarşı tənqidi yanaşdığı üçün həbs edilməsi ilə bağlı bəyanatların əsassız olması bəlli olur. Yuxarıda qeyd olunanlar onu deməyə əsas verir ki, jurnalist Aleksandr Lapşinə qarşı irəli sürülmüş hüquqi iddialar və bunun nəticəsində həbsi, onun fikirləri və ya Azərbaycana qarşı düşmənçilik mövqedən çıxış etməsi ilə yox, Azərbaycanın icazəsi olmadan beynəlxalq səviyyədə tanınan sərhədlərini pozmasından irəli gəlir.

Bundan əlavə, bir sıra şəxslər də var ki, Azərbaycanın işğal olunmuş ərazilərinə icazəsiz səfər etmiş və "arzuolunmaz” şəxslər elan olunmuş, sonradan isə qeyri-qanuni səfərlərə görə Azərbaycandan üzr istəyərək, onun suverenliyi və ərazi bütövlüyünə hörmətini ifadə etmiş, bu kimi qeyri-qanuni hərəkətlərə yol verməyəcəklərinə dair vədlər veriblər. Azərbaycan hökuməti bu kimi müraciətləri nəzərdən keçirdikdən və dəyərləndirdikdən sonra, həmin şəxslərin adlarını müvafiq siyahıdan çıxarıb. Aleksandr Lapşin isə bir tərəfdən işğal olunmuş ərazilərə qeyri-qanuni səfər etmiş, digər tərəfdən isə öz hərəkətlərindən peşman olmamış, hətta onları dəfələrlə təkrarlayıb.

Aleksandr Lapşinin işi gələcək üçün bir nümunə təşkil edəcək və məsələnin humanitar tərəfini də nəzərə alaraq, bu hadisə artıq mövcud hüquqi çərçivənin daha da inkişaf və təşviq edilməsinin nəzərdən keçirilməsinə təkan verəcək.

Bu kimi işlərin gələcəkdə təkrarlanmaması üçün ölkələr öz vətəndaşlarını daimi qeyri-qanuni hərəkətlərdən çəkindirməli və onun mümkün nəticələri barədə məlumatlandırmalı, digər tərəfdən isə vətəndaşlar ziyarət edəcək ölkənin qanunlarına hörmətlə yanaşmalıdır. Bu hadisə bir daha onu göstərir ki, Ermənistan hər zaman olduğu kimi insanları Azərbaycanın işğal olunmuş ərazilərə qeyri-qanuni səfər etməyə cəlb edərək bunu siyasi təbliğatın bir alətinə çevirməyə çalışır.

3. Həll olunmamış münaqişə – Ermənistan və Azərbaycan arasındakı münaqişə səhvən Qafqaz xristianları və müsəlmanları arasında entik-dini münaqişə kimi təsvir edilir. Həqiqətdə bu münaqişənin heç bir dini əsası yoxdur və bir ölkənin (Emənistanın) digər ölkəyə qarşı (Azərbaycana) ərazi iddialarından irəli gəlib.

Tarixən Azərbaycana məxsus ərazilərin qeyri-qanuni şəkildə işğalı ölkə tarixinin yarasıdır və münaqişənin hazırki fazasının başlandığı tarix, 1988-ci ildən əhalisinin 12-15 faizini təşkil edən 1 milyon qaçqını olan Azərbaycanda humanitar böhran qeydə alınıb. Bununla da Azərbaycan məcbur köçkünlərinin sayına görə dünyanın aparıcı dövlətlərindəndir. Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərin məskunlaşması məqsədilə yeni evlərin tikintisi, ailələrə maliyyə və pulsuz tibbi yardımın göstərilməsi üçün böyük maliyyə imkanlarından istifadə etməyə davam edir. Milli və beynəlxalq səviyyədə göstərilən səylərə baxmayaraq, qaçqın və məcbur köçkünlərin problemlərinin həlli, eyni zamanda, beynəlxalq səviyyədə lazımi şəkildə müdafiə olunmaması səbəbindən olduqca çətindir. Bu günə kimi bu məsələni tənzimləyən yalnız BMT-nin İnsan Haqları Komissiyası tərəfindən 1998-ci ildə ərsəyə gəlmiş və bunu təməl hüquq kimi isbat etmiş bir rəsmi sənəd mövcuddur.”

Bir məsələyə də aydınlıq gətirək

Beynəlxalq səviyyədə Azərbaycanın ərazi bütövlüyü və Dağlıq Qarabağ regionu üzərində hüquqları uti possidetis iuris prinsipinə əsaslanır. Bu prinsipə görə bir dövlətin ayrılması və bölünməsi şəraitində yeni müstəqillik əldə etmiş dövlət öz suverenliyini əvvəlki dövlətin ayrılmadan və bölünmədən öncə malik olduğu sərhədlər çərçivəsində həyata keçirəcəkdir. Buna görə də bir tərəfdən Azərbaycan, digər tərəfdən isə Ermənistan, Rusiya Federasiyası və Gürcüstan arasındakı mövcud sərhədləri müəyyənləşdirmək üçün Azərbaycanın müstəqillikdən əvvəl, SSRİ-nin tərkib hissəsində olarkən malik olduğu sərhədlərə istinad etmək lazımdır.

Yazı ilə aşağıdakı linkdən tanış olmaq mümkündür: https://www.ilcaffegeopolitico.org/52517/lapshin-e-status-nagorno-karabakh

 

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26