Interposta.Info

Fikrət Qocaya

Ölkə
 12-03-2017, 23:49     722

Fikrət Qocaya


Xalq şairi Fikrət Qocanın oğlu faciəli şəkildə dünyasını dəyişib.


Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza APA-ya açıqlamasında bildirib ki, hadisə dünən baş verib.

Şair-tərcüməçi Yalçın Qoca yıxılıb və ciddi xəsarət alıb. 52 yaşlı Y. Qoca xəstəxanaya aparılarkən yolda vəfat edib.

F. Qocanın qardaşı, tərcüməçi Hamlet Qoca isə APA-ya bildirib ki, hadisə martın 11-də axşam saatlarında baş verib: " Yalçının gözlərində problem var idi, son zamanlar səhhətindən də şikayət edirdi. Yalçın dünən özünü pis hiss edib, özündən gedib, başı səki daşına dəyib".

Y. Qoca bu gün Bakıda "Qurd qapısı" qəbiristanlığında dəfn edilib.
14:40
Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qocaya ağır itki üz verib.
interposta.info bakipost.az-a istinadən xəbər verir ki, şairin oğlu Yalçın Qocayev dünən vəfat edib.
F.Qoca açıqlamasında oğlunun yıxılaraq dünyasını dəyişdiyini bildirib: "Dünən çox pis şəkildə yıxılıb. Həkimlər gələnə kimi keçinib".
Qeyd edək ki, mərhumun 52 yaşı olub.

Allah rəhmət eləsin.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26