Fikrət Qocanın nəvəsi Amerika Silahlı Qüvvələrinin zabiti olub -
Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qocanın nəvəsi Pərviz ABŞ Silahlı Qüvvələrinin zabiti olub.
Modern.az saytının məlumatına görə, gənc zabit 10 ildən çoxdur ABŞ-da yaşayır. O, Fikrət Qocanın qızı Günay Qocayevanın oğludur.
Qeyd edək ki, xalq şairinin qızı G.Qocayeva 2004-cü ildən ABŞ-ın İndiana Ştatında yaşayır. O, Bakı şəhərində dünyaya gəlib, orta məktəbi bitirdikdən sonra BDU-nun Şərqşünaslıq fakültəsində təhsil alıb, 1993-cü ildə oranı türkoloq kimi başa vurub. Bir müddət Azərbaycan Yazıçılar Birliyində kitabxanaçı, sonradan kitabxana müdirəsi vəzifələrində çalışıb. Ailəlidir…
Pərvizin atası - Günay Qocayevanın həyat yoldaşı Corc milliyətcə ingilisdir. Amma islam dinini qəbul eləyib, az da olsa Azərbaycanca danışa bilir.
ABŞ Silahlı Qüvvələrinin gənc zabit Pərviz 21 yaşındadır, o, ABŞ-da ingilis dilində təhsil alıb.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26