Interposta.Info

Milli Məclis prezidentin namizədlərini

Ölkə
 7-03-2017, 14:42     731

Milli Məclis prezidentin namizədlərini

Milli Məclis Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinə dövlət başçısı tərəfindən namizədliyi irəli sürülən üzvləri təsdiq edib.

Report xəbər verir ki, bu vəzifəyə üç nəfər - Alim Səlim oğlu Quliyev, Vadim Ələddin oğlu Xubanov və Aftandil Qasım oğlu Babayevin namizədliyi irəli sürülmüşdü.

Qeyd edək ki, bu il fevralın 28-də Prezident İlham Əliyev tərəfindən AMB-nin İdarə Heyətinə üzv seçilməsi ilə bağlı bu üç nəfərin namizədliyi irəli sürülüb. Hər üç namizədin məsələsi təsdiq olunmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Elman Rüstəmov 2015-ci ilin aprelində 5 il müddətinə Mərkəzi Bankın sədri vəzifəsinə, Xəqani Abdullayev sədrin müavini vəzifəsinə təyin edilib.

A.Quliyev və V.Xubanov 2012-cı ilin fevralında Milli Məclisinin qərarı ilə dördüncü dəfə, A.Babayev isə üçüncü dəfə Mərkəzi Bankın İdarə Heyətinin üzvü seçilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26