Interposta.Info

Bu qoca kimsəsiz kənddə 7 ildir ki, tək-tənha yaşayır –

Ölkə
 7-03-2017, 13:58     505

Bu qoca kimsəsiz kənddə 7 ildir ki, tək-tənha yaşayır –


Türkiyənin Van vilayətinə aid olan və terror səbəbindən insanların tərk etdiyi ucqar kənddə Dərviş Muhan adlı şəxs 7 ildir ki, tək-tənha yaşayır.

Moderator.az türk mediasına istinadən xəbər verir ki, kənd terror səbəbindən 22 il bundan əvvəl boşaldılsa, da bu gün də təhlükəli zonalar siyahısına daxildir. Lakin Dərviş Muhan 7 il bundan əvvəl məskunlaşdığı yerdən ayrılaraq, doğma kəndinə qayıtmaq qərarına gəlib. Artıq səkkiz ilə yaxındır ki, həmin kənddə təkbaşına yaşayır, heyvandarlıqla məşğul olur.

O mnəskunlaşdığı Van mərkəzindən kəndinə qayıdan zaman sahibi olduğu evin və başqa yerlərin dağıdığını görür. Kəndin nisbətən salamat qalan məktəbində yaşamaq üçün zəruri olan şərait quraraq, 7 ildir, həyatını orada davam etdirir. Artıq xeyli qoyun-quzuya sahib olan Dərviş həyatından razıdır. Arvadı və övladları mütəmadi olaraq onu yoluxur və bəzi işlərində yardımçı olurlar. Lakin onlar kəndə aparan yollar qardan örtülü olmadığı halda ora gedə bilirlər. Dərviş Muhan ömrünün sonuna qədər o kənddə qalacağını bildirib.

interposta.info
Bu qoca kimsəsiz kənddə 7 ildir ki, tək-tənha yaşayır –
Bu qoca kimsəsiz kənddə 7 ildir ki, tək-tənha yaşayır –
Bu qoca kimsəsiz kənddə 7 ildir ki, tək-tənha yaşayır –

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26