Interposta.Info

Köhnə məhkum yenidən oğurluğa görə saxlanıldı -

Ölkə
 3-03-2017, 17:18     575

Köhnə məhkum yenidən oğurluğa görə saxlanıldı -

Binəqədi Rayon Polis İdarəsinin növbətçi hissəsinə Bakı Beynəlxalq Avtovağzal Kompleksində yerləşən kafelərdən birindən fevralın 22-də 300 manat dəyərində mobil telefon oğurlanması barədə məlumat daxil olub.

ARB TV xəbər verir ki, dərhal araşdırmalara başlayan əməliyyatçılar cinayəti törətməkdə şübhəli bilinən əslən Laçın rayonundan olan, hazırda isə paytaxtın Binəqədi rayonunda yaşayan 43 yaşlı Bəhram Mehralıyevi saxlayıblar.

Araşdırma zamanı məlum olub ki, o, 2016-cı il ərzində Beynəlxalq Avtovağzal Kompleksinin ərazisindən ayrı- ayrı vaxtlarda 3 dəfə də oğurluq edib. Mehralıyev eyni əməlinə görə, əvvəllər 8 il həbsdə olub.

Faktlarla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam edir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26