Interposta.Info

Yadplanetliyə bənzəmək üçün 110 ƏMƏLİYYAT KEÇİRDİ -

Ölkə
 3-03-2017, 07:24     600

Yadplanetliyə bənzəmək üçün 110 ƏMƏLİYYAT KEÇİRDİ -

Amerikalı qrim ustası Vinnu Ohh cinsiyyətinə dair bütün əlamətlərdən yaxa qurtarmaqda qərarlıdır.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, indiyə kimi 110 estetik əməliyyat keçirən gənc özünü yadplanetliyə bənzətmək istəyir.
22 yaşındakı Vinni Ohh 110 estetik əməliyyata ümumilikdə 50 min dollar xərcləyib. O, yadplanetli kimi görünmək üçün hətta cinsiyyət orqanını belə kəsdirməyi planlaşdırır.
Qrim ustası özünü nə kişi, nə də qadın olaraq görür. Onun ilk estetik əməliyyatı isə burun əməliyyatı olub. Daha sonra isə dodaq slikonu və qaş sümüyü əməliyyatlarını etdirib. Əməliyyatları davam etdirmək niyyətində olan Ohh bunun üçün 160 min dollarlıq bir büdcə ayırıb.
Ohh 17 yaşından bəri yadplanetli olmaq arzusundadır.
“Nə qadın, nə də kişi olmaq istəyirəm. Buna görə də cinsi orqanımı kəsdirmək üçün həkimə getdim, amma həkim bunu etmə şansımın olmadığını söylədi. İstəmirəm ki, insanlar mənim qadın olmaq istədiyimi düşünsünlər. Cinsi orqan olmadan da yaşaya bilərəm”, - o deyib.

interposta.info


Yadplanetliyə bənzəmək üçün 110 ƏMƏLİYYAT KEÇİRDİ -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26