Interposta.Info

Bakıya göydən şiferlər yağdı - Video

Ölkə
 26-02-2017, 17:52     876

Bakıya göydən şiferlər yağdı - Video

Yasamal rayonu, Şərifzadə küçəsi 196 ünvanında heç bir təhlükəsizlik normaları gözlənilmədən iş aparılır.

Baku.vs-in təqdim etdiyi videoda görünür ki, çoxmərtəbəli binada çardaq tikilir.

Tikinti işləri təhlükəsizlik qaydalarına riayət edilmədən aparıldığı üçün ətrafda olan insanların həyatı üçün böyük təhlükə yaranır. “Şazi MMC” tərəfindən aparılan tikinti işləri zamanı şifer parçaları binanın damından aşağı tökülür.

Sakinlərin verdiyi məlumata görə, onlar tikinti işlərinin aparılmasından narazıdırlar. Hətta sakinlərdən biri 3 ay bundan əvvəl də həmin ərazidə aparılan tikinti işləri zamanı avtomobilinə ziyan dəydiyini, ancaq buna görə ona təzminat ödənilmədiyini bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26