Interposta.Info

Hakim Kərəm Həsənovun sərəncamını saymır:

Ölkə
 25-02-2017, 18:08     635

Hakim Kərəm Həsənovun sərəncamını saymır:

Sumqayıtda 66 sahibkar məhəkədən narazıdır

interposta.info bildirir ki, onlar Politika.Az-a göndərdiyi şikayət məktubunda faktları açılayıb.

İş adamlarının sözlərinə görə, Sumqayıt Şəhər Məhkəməsinin hakimi ləğv olunmuş sənəd əsasında “bazarkom”un xeyrinə qərar çıxarıb.

Müraciətdə deyilir ki, 2016-cı il iyulun 25-i Sumqayıt Şəhər Məhkəməsinin hakimi Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi ilə Rəşid Babayevin və digər iddiaçının iddiası ilə məhkəmə iclası keçirilib.

“Hakim qeyri-qanuni,qüvvədən düşmüş sənədlər əsasında absurd qətnamə çıxarıb ki, bu da haqlı olaraq "Şərq bazarı"nda fəaliyyət göstərən 66 sahibkarın narazlığına səbəb olub.

İddiaçılar - "Şərq bazarı"nın keçmiş direktoru,“RŞHT” Şirkətinin Ticarət Mərkəzinin təsisçisi Rəşid Babayev, digər təsisçi Afət Həsənovanın nümayəndəsi öz iddialarında Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında guya ki, iddiaçıların mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş 7 metr hündürlüyündə dəmir beton dirəklərdən ibarət, 3 tərəfdən bazarı əhatəyə alan karkasın cavabdehlər tərəfindən sökülməsini vəhəmin yarımçıq tikililərin inşa olunması nəticəsindəguya şirkətə vurulmuş 140.000 min manatın cavabdehlərdən tutulmasını xahiş ediblər”, - deyə şikayətçilər yazıblar.

Ardınca müraciətdə bildirilir: “Bu nə qədər absurd və qanunazidd olsa da hakim bu iddianı təmin edib. Sahibkarların nümayəndəsi Yusif Məmmədovun bildirdiyinə görə bu qərarı ona görəqanunazidd adlandırmaq olar ki, adıçəkilən dirəklər iddiaçıların ərazisində yerləşmir.

Çünki 2013- ci ildəRəşid Babayevin və digər təsisçinin mülkiyyətində olan 1 hektar 8 sot torpaq sahəsinə aid olan çıxarış Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun müvafiq sərəncamı ilə etibarsız hesab olunub.

Adıçəkilən mülkiyyətçilərin mülkiyyət hüquqlarının qeydiyyatı daşınmaz dövlət reyestrində ləğv olunub. Belə olan halda hakim Ceyhun Məmmədov hansı əsasla bazarkomun iddiasını təmin edib,çox təəcüblüdür”.

Politika.Az-ın məlumatına görə, sahibkarlar qərardan apellyasiya şikayəti veriblər və martın 1-də Sumqayıt Apellyasiya Məhkəməsindəhakim Telman Quliyevin sədrliyi ilə növbəti məhkəmə iclası keçiriləcək:

“İlkin iclas isə bir müddət əvvəl keçirilib və hakim tərəfindən Ədliyyə Nazirliyinin ekspertinə tapşırılıb ki, məhkəmə predmeti olan həmin dirəklərin hansı tərəfin ərazində olmasını müəyyən etsin.

Ümumiyyətlə son zamanlar ədalətsiz qərarlar çıxarmış, hakimlik səlahiyyətini aşan bir çox hakimlər vəzifəsindən kənarlaşdırılıb.

Təkcə keçən il vətəndaşların narazılığına səbəb olan pozuntulara, korrupsiyaya şərait yaradan və digər neqativ hallara yol verdiklərinə görə 6 hakimin fəaliyyəti qeyri-məqbul qiymətləndirilməklə səlahiyyətlərinə xitam verilib, 12 hakim intizam məsuliyyətinə cəlb olunmuş, o cümlədən 2 nəfərin tutduğu vəzifədən azad olunması barədə qərar qəbul edilib.

Bu barədəədliyyə naziri Fikrət Məmmədovun iştirakı ilə fevralda keçirilən Məhkəmə-Hüquq Şurasının iclasında qeyd edilib.

Şurada həmçinin, qanunvericiliyin tələblərinin pozulmasına və korrupsiyaya şərait yaradan hallara yol verilməsinə görə bir şox hakimlər cəzalanıb,vəzifələri aşağı salınıb.

Bir çoxlarına töhmət verilib, irad tutulub. Ceyhun Məmmədovun da qərarı elə cəzalanmış hakimlərin çıxardıqları qərarlar qəbildəndir.

Sahibkarlar ölkə başçısının sahibkarlara qayğısını yüksək qiymətləndirir və prezidenti dəstəkləyir.

Nəzərə alsaq ki, hər dükanda 4-5 nəfər işləyir və onların hər biri 3-4 nəfərdən ibarət ailəni dolandırır, o zaman 66 dükanın sökülməsi yüzlərlə adamın işsiz, 1000-ə yaxın insanın çörəksiz qalması deməkdir”.

Sahibkarlar başıbəlalı dirəkləri abadlaşıdrmaq niyyəti ilə inşa ediblər, Rəşid Babayev isəŞəhər Memarlıq və Şəhərsalma İdarəsini məhkəməyəverib.

Məhkəmə predmeti olduğundan tikinti-abadlıq işləri dayandırılıb.Ümumiyyətlə sahibkarlarla Rəşid Babayevin çəkişməsi 6 ilə yaxındır ki,sürür. Tel:070-355-30-91”
https://politika.az/index.php?newsid=29312
interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26